Архив | 29.03.2018

UİLYAM ŞEKSPİR. 98-Cİ SONET

sonnet 98.jpg

                    From you have I been absent in the spring…

Səndən ayrılanda mən, ilk bahardı,
Sevincək aprelsə bəzəkli donda,

Hamıda, hər şeydə ruh oyadırdı,
Gülür, oynayırdı Saturn hətta.

 

Nə quşların səsi, nə də müxtəlif,

Güllərin xoş ətri, gözəl rəngləri,

Məni oyatmadı, həvəsə gəlib,

Ya bir nəğmə qoşum, ya çiçək dərim.

 

Zanbaq ağlığına olmadım heyran,

“Qızıl gül nə aldır!” demədim də mən.

Onlar gözəlsə də, sənə yaradan,

Oxşadıb, hər şeyə nümunə sənsən.

 

               Sənsiz elə bil ki, qış idi yenə,

               Güllər də bənzərdi sənin əksinə.

 

İngiliscədən tərcümə

25.03.2018

Samara