UİLYAM ŞEKSPİR. 97-Cİ SONET

 

sonnet 97.jpg

              How like a winter hath my absence been

Sənsən quş qanadlı ilin məzəsi,

Səninlə ayrılıq qışa bənzəyir.

Üşüdüm, günlərim qaraldı sənsiz,

Dekabr boşluğu aldı hər yeri.

 

Yayda biz ayrıldıq, payız qabaqdan,

Baharın barıyla yüklənib gəlir.
Körpəni bətnində necə dul qadın,

Böyüdür, köçəndə dünyadan əri.

 

Mənəsə bu məhsul xatırladırdı,

Atasız meyvəni, yetim olanı.

Yay, yayın məzəsi intizarında,
Sən yoxsan, quşlar da sənsiz oyanmır.

 

                      Elə oxuyurlar oxuyanda da,

                     Qış duyub yarpaqlar əsir qorxudan.

 

İngiliscədən tərcümə

24-25.03.2018

Samara

Реклама