But be contented when that fell arrest…
Bir gün aparılsam belə həbslə,
Girovsuz, möhlətsiz, heç də qəm yemə.
Məndən şeirlərdə qalar bir hissə,
Sənin yaddaşında yaşaram demək.
Görərsən şerimi oxuduğun an,
Məndə sənə məxsus yaxşı nə vardı.
Torpağa gedəcək torpağın olan,
Dəyərli ruhumdu, sənindir o da.
Belədirsə, itkin cəsəddir ancaq.
Cücü qusmətini, ölü bədəni,
Qazanar şərəfsiz endirən bıçaq —
Dəyərmi alasan bunu eyninə?
Mənim ruhumdadır bütün dəyərim,
Sənə saxlayacaq onu da şerim.
İngiliscədən tərcümə
02.03.2018
Samara
QEYD: Şair təkid edir ki, onun ölümü sevdiyi Gənci qayğılandırmamalıdır, çünki bacib olan bədən deyil, ruhdur ki, o da şeirlərində yaşayacaq.
Sonetin əvvəlində ölüm “əbədi həbs”lə müqayisə olunur.