UİLYAM ŞEKSPİR. 82-Cİ SONET

Sonnet_82_1609

   I grant thou wert not married to my muse…

Deyilsən Pərimlə sən nikahda ki —

Bütün ithafları oxu qınaqsız.
Sənə həsr edilən  kitablardakı

Adınsa şərəfdir şairə yalnız.

 

Ağlın da gözəldir, özün də gözəl,

Çatmır tərifinə mənim qüdrətim.

Bəlkə surətini yarada bilər,

Kimi ki, təzədir sözü, sənəti.

 

Ancaq uydurunca, əzizim, hələ,

Onlar təzə üslub hoqqalarını.

Səmimi sözlərlə, dost qələmiylə,

Həqiqi surətin sənin yaranar.

 

            Solğun yanaqlara fırça, rəng gərək,

            Səninsə çöhrəni korlayar bəzək.

 

İngiliscədən tərcümə

9-10.03.2018

Samara

Реклама