«ANA VƏ POÇTALYON»: «ŞEDEVR» STATUSLU «MƏHLƏ» ŞEİRİ

Süleyman_Rüstəm.jpg

Bu şeiri nə şagird kimi öyrənmək, nə də müəllim kimi tədris eləməq mənə qismət olub, ancaq bilirəm ki, onilliklər ərzində bu şeirdən yüz minlərlə inşa yazılıb, buraxılış və qəbul imtahanları verilib. “Azərbaycan sovet (!) poeziyasının klassik əsərlərindən sayılır. Ona görə bu şeirə daha bir baxış faydasız olmaz.

Hələ başqalarının ağzından du şeiri eşidən vaxtlar ilk misra məndə sual doğururdu: Necə yəni “başqa dərdi yoxdu”? Müharibə, aclıq,qonşulara ölüm xəbəri gəlir (“xəbər gəlir öləndən”), yəni dərd bir deyil, mindir. Əlbəttə, ana üçün öz oğlundan böyük qayğı ola bilməz. Ancaq başqa dərdinin olmamamğı mümkün deyil…

Mənim bu yazım Süleyman Rüstəmə xas olan üslub pintiliyi və sağlıqlarında klassik statusu (dövlət və partiyanın qərarı ilə) qazanmış yazanların öz işlərində tamamilə məsuliyyətsiz olmalarındandır. Buna rusca “xaltura” da demək olar, azərbaycanca “basməmmədi” də…

Başqa bir sual: ananın əri hardadır? Yəni əsgərin atası. Oğlan ananın ilkidirsə, ata cavan olmalıdır. Ölüb? O da cəbhədədir? Bəs niyə arvadı onun da dərdini çəkmir?

Bu, şəhər şeiridir. Ana “məhlə”də yaşayır. Yəni köhnə Bakı həyəti, həyətdə də xeyli mənzil, xeyli adam. Bu adamların hamısının məktubunu bir poçtalyon gətirir. Ana da ona ultimatum elan edir: ““Məktub olmasa, bir də sən bu həyətə gəlmə!”

Poçtalyonu elə bil “dağ başında ildırım vurur” (niyə dağ başında? İldırım düzəndə vura bilmir? Dağ başında ildırım ayrı cür vurur?). Və həyətdən ayağını kəsir…

Belə şey mümkündürmü? Müharibədir, poçtalyon hərbi vəzifəli adam kimidir, həyətdə onlarla ailə yaşayır, bəs onların məktu necə olur? Poçtalyon aparıb tökür küllüyə? Sobada yandırır?

Poçtaoyin yoxa çıxır… Müharibədəki adamlarından məktub almayan qonşular gərək NKVD-yə şikayət eləyəydilər, bir sözlə, poçtalyonu yerin deşiyindən çıxaraydılar. Ancaq heç kimi dinmir…

Belə şey mümkündürmü? Yox mümkün deyil!

Şeirdən belə çıxır ki, ana gecə-gündüz evdədir, elə işi-peşəsi qapını güdməkdir. Ancaq bu da mümkün deyil. Bakıda müharibə vaxtı cavan arvadı çətin ki, evdə asudə oturmağa qoyardılar.

“Evlərini bilsəydim, bir baş çəkərdim ona…”

Əgər şəhər Bakıdırsa, poçtalynun başına nə gəldiyini öyrənməkdən asan herç nə yoxdur, get poçt şöbəsinə, soruş…

Bu şeir başdan ayağa qondarmadır, inandırıcı heç nə yoxdur. Əlbəttə, müharibə vaxtı yazılan şeirdir, arxa cəbhədəki insanların çəkdiyi qəlb iztirablarını göstərməyə yönəlib. Ancaq müəllifin idiasında olduğu dramatizm farsa çevrilir, çünki yaradılan kolliziya qondarmadır.

Məlum məsələdir ki, poçtalyon gec-tez gəlib çıxmalıydı. Ancaq gərək qonşular onun şalvarını çıxaraydılar: “Ay filan-filan olasan, hanı bizim məktublar…”

Yxşı, deyək ki, müharibə vaxtı tələsik yazıılb, belə şeirlərə ehtiyac olub. Ancaq niyə bunu indiyəcən yüksək poeziya kimi uşaqdan böyüyə qədər millətə sırıyırıq?

Məsələ burasındadır ki, şeirin bəlası təkcə süjet quruculuğunda deyil. Sənətkarlıq da çox aşağı səviyyədədir. On dörd hecalı ölçü seçildiyindən çoxlu artıq, parazit sözlər var.

“Qartal ov tutub gəlir” – ovu tutarlar?

“Bir gün küçə qapısı açıldı çox sürətlə(!)…

“Aldılar bir qırpımda poçtalyonu dövrəyə” (bir qırpımda?)
“Poçtalyon qanad taxdı öz şirin sözlərinə….”

İş elə gətirib ki, mən bu şeiri məktəbdə oxuyanda keçməmişəm. İndi fikirləşirəm ki, orta məktəbdəki ədəbiyyat müəllimlərində bu şeir suallar doğurub ya doğurmayıb. Doğurmayıbsa… Yəqin ki, doğurmayıb. Azərbaycan məktəblərindəki ədəbiyyat müəllimlərinin əksəriyətinin səviyyəsi sirr deyil…

 

01.03.2018

Samara

Реклама

UİLYAM ŞEKSPİR. 70-Cİ SONET

Sonnet_70_1609.jpg

                                 That thou art blamed shall not be thy defect…

 

Böhtana hədəfdir gözəl həmişə,

Sənin günahın yox qınanmağında,

Şübhə gözəlliyə naxış tək düşər,

Süzər ağ səmada qara qarğa da,

 

Yaxşısan, belə qal, qarayaxmalar

Sənin dəyərini artrar daha,

Gözəl qönçələrə qurd mehr salar,

Sənsə gözəllikdə özün ilk bahar.

 

Gənclik fitnəsindən qaça bilmisən,

Ya bata bilməyib, olmayıb ya da.

Sənin şərəfinə nə tərif desəm,

Həsəd çəkənlərin çətin ki, susa.

 

                     Kölgə düşməsəydi adına əgər,    

                     Əsirin olardı bütün ürəklər.

İngiliscədən tərcümə

26.02.2018

Samara