Архив | 14.03.2018

  UİLYAM ŞEKSPİR. 83-CÜ SONET

sonnet 83.jpg

 I never saw that you did painting need…

Sənə, bilərək ki, rəng gərək deyil,
Heç vaxt surətinə vurmadım bəzək.

Şəninə yazalar nə qədər şeir,

Sənə borclarını ödəməyəcək.

 

Qaçdım ona görə tərənnümündən,

Səni kim görürsə, anlayır qəti:

Ləyaqətlərini sənin vəsf edən,

İndiki qələmin yox ləyaqəti.

 

Mənim sükutumu günah sayırsan,

Bu lallıq şərəfdir mənə bəlkə də.

Mən gözəlliyinə vurmuram ziyan,

Başqası təriflə onu ləkələr.

 

Bir gözəl gözündə qaynayan həyat,

İki şairini sənin qoyar mat.

İngiliscədən tərcümə

10-11.03.2018

Samara

QƏBRƏ İŞƏYƏNLƏR VƏ ŞALVAR İSLADANLAR

ANAR 1

Bu yaxınlarda Rəsul Rzanın vətəni Göyçayda yerli gənclər ikinci dünya müharibəsinin veteranının qəbrinə işədilər və işəməklərini videoya çəkib bütün dünyaya yaydılar. Gözləmək olardımı ki, Rəsul Rzanın oğlu gedər atasınıbn vətəninə, yığar camaatı, qəbrəişəyən gəncləri qınayar və öz əliylə murdarlanmış qəbri qaydaya salar? Yox, gözləmək olmazdı. Çünki son otuz ildə, əvvəlkilər bir yana qalsın, çox hoqqalar çıxır, çox yerlər murdarlanır, Qarabağda və onda qıraqda qəbirlərimiz murdarlanır, öz milli sərvətlərindən mərhum olan xalqın heç havası da çatmır. Anar bu otuz il ərzində ancaq öz vəzifəsinin, özünün, öz oğul-uşağının güzəranının hayındadır. Onun Yazıçılar birliyi adlı nazirliyə başçılıq eləməyinin Azərbaycan ədəbiyyatına heç dəxli yoxdur, bu birliyə Dostoyevski dirilib gəlib başçılıq eləsəydi də, bu, Azərbaycan ədəbiyyatına təsir eləməzdi.Keçəl çarə bilsə, öz başına elər – son otuz ildə Anar bir sətir keyfiyyətli bədii cümlə yazmayıb.

Anar – klinik haldır. Bu barədə bəlkə də çox danışmağa dəyməz. Ancaq son həftələr ərzində “yaradıcı zoyalıların” uzun növbəyə düzülüb Anara mədh yazmağı ciddi məsələdir. Adam nəinki bu “yaradıcı ziyalıları”, hətta bu “yaradıcı ziyalıları” törətmiş xalqın şilləllənməyini arzulayır. Mən bu qədər yaltağı, əqidəsizi, qeyrətsizi olan xalqımın şillələnməyini istəyirəm. Yəni istəyirəm Allah özü mənim xalqımı şillələsin, indi necə şillələr, özü bilər…

Və bu həftələr ərzində cavanlı-qocalı “yaradıcı ziyalılar” Anar yağlı təriflər tapmaq üçün o qədər gücəniblər ki, bir neçə yerdən qrıja alanlar olub, babasilləri dağılanlar olub, Anar yaşda olanlar isə şalvarlarını isladıblar. Ramiz Rövşən bir neçə şalvar isladıb, bütün qarderob ipdən asılıb günə verilib, ancaq axırda bu zalım oğlu elə tumançaq kompütür dalında otura-otura yaxşı tərif tapıb, yazıb ki, Anarın həm öz yubileyidir, həm adının…

Ay bunun adına…

İndi Ramiz Rövşənin şalvarları quruyub, geyib gəzir şəhəri, yazdığı ayıbdan da utanıb-eləmir…

Guya Ramiz Rövşən əvvəl yazmaq istəyirmiş ki, “Anar kişi adamdır”. Arvadı qapazı vurub başına, deyib zalım oğlu, evimizi yıxmaq istəyirsən, ölkədə kişi bir olar!

Belə-belə işlər…

İlham Əiyev də deyir ki, “Yerevana gedirəm…”

A kişi, otur yerində…

14.03.18

Samara