UİLYAM ŞEKSPİR. 85-Cİ SONET                     

Sonnet_85_1609.jpg

                                    My tongue-tied muse in manners holds her still…

Tərif deyənlərin dayanmır bir an,

Susur Mənim Pərim təvazö ilə.

Bütün Pərilərdən töhfə alınan,

Sözlər bəzənilir qızıl qələmlə.

Sən mənə fikirsən, onlara kəlmə;

Cahil ruhani tək “Amin” deyirəm,

Qabil ruh doğuran, nəfis qələmlə,

Formaya salınan hər hansı himnə.

 

Sənin tərifini eşitsəm haçan,

“Doğrudur!” deyirəm, artırıram da.

Ancaq ürəyimdə; səni hamıdan,
Güclü sevən mənəm, dilimsə laldır.

 

               Xoş sözlə xoş gəlir sənə özgələr,

               Ciddi fikrimə də ver ancaq dəyər.

 

Ingiliscədən tərcümə

13.03.2018

Samara

Реклама