Richard Wilbur
Wedding Toast
Müqəddəs Yəhya deyir toy zamanı Qanədə,
Su küplərindən orda o qədər şərab axıb,
Onun ayıq başının düzsə hesabladığı,
Üç yüz litrdən yəqin az olmazdı yenə də.
Bunda bircə məna var: əgər nədəsə yəni
Varsa xeyir-duası məhəbbətin, nə qədər,
İçilə, axıb gedə,
Tükənməz və azalmaz həyat neməti yəqin.
Həqiqətdir görülən gözüylə məhəbbətin,
Dünyadakı doyumluq tapılıb, yaranmayıb.
Təşnəsidir həmişə həyat firavanlığın,
Sənin kimilərinə verər bütün neməti.
İndi qulaq versəniz mənə əgər bir anlıq,
Sizin sağlığınıza, təzə bəyz. gözəl gəlin,
İçərəm. Burda qıtdır bəlkə su özü belə,
Qanə şərabı kimi dadı qoy olsun ancaq.
İngiliscədən tərcümə
28.02-01.03. 2019
Samara