ALEKSANDR BLOK.   ŞAİRLƏR

БЛОК

За городом вырос пустынный квартал 

Bataqlı bir yerdə, şəhərə yaxın
Şairlər yaşayan məhəllə vardı.

Biri digərini hökmən onların,

Lovğa təbəssümlə qarşılayardı.

 

 

Üstündə hüznlü bu bataqlığın;

Nahaq yüksəlirdi ağ şəfəqli gün;

Şərəba və işə bütün vaxtını,

Çünki həsr edərdi buralı sakin.

 

Sərxoşkən dostluğa and vurardılar,
Hər biri boşboğaz, hər biri naqqal.

Öyüyüb səhərə yaxın, sonra da,

İş heyvanı kimi çalışardılar.
Sonra çıxardılar it sürüsü tək
Baxardılar necə allanır dəniz.

Qızılsaç bir xanım əgər keçdisə,
Təhll edərdilər geniş və dərin.

 

Onlar qızıl əsri xatiırlardılar,
Bütün naşırləri birgə söyərək.

Acı göz yaşları axıdardılar,
Çeçsə qızıl bulud, solsa bir çiçək…

 

 

Belə yaşardılar. Oxucu, indi,

Bəlkə düşünürsən bu pisdir daha

Sənin ömür boyu gördüyün işdən,
Batıb boğulduğun nohurdan ya da?

 

 

Yox, əziz oxucum, kor tənqidçim, bil,

Nə yoxsa şairdə, yenə də vardır,
Hörüklər, buludlar və qızıl əsr,  —

Ancaq bunlar harda, sən özün harda?…

 

Razısan özündən və xanımından,
Ortabab günündən-güzəranından.

Bu dünya şairin mey camındadır,

Ona belə gün az, güzəran azdır!

 

 

Qoy hasar dibində ölüm bir it tək,
Məhv olum, deyiləm yenə də peşman.

İnanıram: tanrı qarla örtəcək,

Məni, inanıram öpəcək boran.

24 iyul 1908

Ruscadan tərcümə

13.03. 2019 Samara