Z.N. Qippiusa
Рожденные в года глухие
Əgər doğulubsa kar illərdə kim
Unudar yolunu; Rusiyanın biz
Ağır illərində dünyaya gəldik,
Heç nəyi unutmaz bizim qəlbimiz.
Ah, bizi yandırıb-yaxan bu illər!
Ağıl aparansız ümid verən ya?-
Üzlərə yayılan qanlı şölələr,
Savaş günlərini gətirər yada.
Lallıq var – həyəcan harayı yəqin,
Dinəndən ağızlar qıfıllanıbdı.
Haçansa ürəklər sevinclə zəngin,
İndisə boşluq var məşum, əbədi.
Və qoy bizim ölüm yatağı üstdə,
Quzğunlar qıy vurub uçuşsun yenə.
İlahi, kim əgər ləyaqətlisə,
O da qədəm bassın səltənətinə.
8 sentyabr 1914
Ruscadan tərcümə
09.03. 2019
Samara