Саша Черный
Больному
Qızıl günəş var axı, a sadəlövh uşaqlar,
Musiqinin, kitabın sevincləri incidir.
İndi yoxsa da, axı dünyada yaşayıblar,
Bethoven də, Puşkin də, olub Heyne, Qriq də…
Hər anda göz görməyən bir sənət əsəri var,
Təbəssümdə, ağıllı sözdə, göz işığında.
Sənətkar ol! Yaransın qızıla dəyən anlar —
Hər gündə düşüncə var, şirin sevgi dadı da.
Ləkədir ləyaqətə hücum çəkəndə kədər
Şüşədəki kölgə tək könüllü məhv olasan.
Bəs Yeni Görüşlərin ümidi ölüb məgər?
Yalnız itlər yaşayır bu yer üzündə yoxsa?
Holland qurumu kimi əgər qaraqabağam,
(Gülümsə, heç eybi yox, mənim müqayisəmə!),
Bu qara qızartılar drenajdan qalmadır
Nizəsinə keçirdi beləcə Muza məni.
Səbr elə! Alışaram mən yeni mənzilimə —
Oxuyaram nizədə yaz sığırçını kimi!
Tutular qulaqların qaraçı şənliyimlə,
Vaxt ver ayırd eləyim sovxa əski-üskünü.
Qal! Burda namuslular, həssaslar elə azdır…
Qal! Yalnız onlardadır dünyanın bəraəti.
Tanınmırlar, bilinmir onların ünvanı da,
Onları da sənin tək toz basır hərəkətsiz.
Əgər ömürlərinə son qoyarsa yaxşılar
Dünya qalar kütlərə, qanadsız kaftarlara!
Uçuş sevincini sev, başdan alsa da ağlı,
Aş bütün sərhədləri, ruhu geniş açaraq.
Arvad ol, ər ol ya da, qardaş ol ya da bacı.
Mama ol ya da rəssam, dayə ol ya həkim.
Ver – və getmə əsərək verdiyinin dalınca:
Bil, bütün ürəklər bu açar düşər hökmən.
Fikir tənhalığının adaları var hələ,
Ağıllı ol, çəkinmə çəkilməkdən onlara.
Orda suların üstdə sıldırımlar silsilə —
Otur, düşün…ya da ki, daş yığıb at sulara.
Suallarsa… Bilinmir cavabı sualların,
Oda yaxıb gedərlər qızılca kimi birdən.
İki müdrik məsləhət verib bizə Solomon:
Kütlə mübahisəyə girmə və qaç qüssədən.
1910
Ruscadan tərcümə
22-23.03. 2019, Samara Читать далее