Саша Черный
Вешалка дураков
1
İki nəfər birinə zərrəbinlə baxaraq
Söylədilər: “O, kütdür”. Dəhşət burasındadır,
Onların küt saydığı ağıllı insan idi,
Başdan xarab idilər onlar özləri ancaq.
2
“Kimdir yalan deyən dumanlı belə,
Uzun, şapışıqsız və süni dillə?”
“Məşhur mistik N-dir, böyük hoqqabaz.
Mistik?…Mənə elə gəldi ki…qanmaz”.
3
Eşşək məktəb bitirdi,
Ağıllandımı? Çətin.
Eşşək kimi o ancaq,
Nitq deyərdi sarsaq,
İndisə, ah, bədəməl!
Ciddilikdə pedantdır,
Zay danışsa da nədən,
Sitat mənbəyi Kantdır.
4
Axmaq şəklə baxırdı:
Morju bir öküz yalar.
Axmaq qaşını dartdı
Dedi: “burda kəşf bar…
Simvolikdir ideya,
Üslubu ancaq əla”.
(Yazıq gizlədirdi hey,
Başa düşmədi bir şey).
5
Ağıllı çox səbirlə,
Axmağa qulaq asdı:
“Niyə vəhşidir belə
Həyat, darıxdırıcıdır?
Səbəb də bəlkə budur:
Axmaqlar çoxalıbdır!”
Gülməsə də birtəhər,
Cin vurdu ağıllını:
“Özündən də gicləri,
Sayır ancaq bu zalım.
“Çoxalıblar” deyir həm,
Görün mən nə çəkirəm….”
6
Hərdən qardaş olur müdrikə axmaq:
Axmaq ağıllanmaz həyatı boyu,
Mübahisə etsə onunla ancaq,
Sokrat özü olar axmağın tayı.
7
Xərçəng fışdırıqlasın,
Səsi gəlsin balığın,
Göydən də manna yağsın, —
Ancaq axmaq axmağı,
Tapsın özündə özü —
Budur əsil möcüzə!
1909 və 1910 arasında
Ruscadan tərcümə
21-22.03. 2019, Samara