
МОЛИТВА МАТЕРИ
Əfəlləmiş koma var lap ucqarında kəndin
Qarı dua eləyir orda surət önündə.
Oğlunu adlandırır qarı dualarında
Vətəni xilas edir oğul uzaq diyarda.
Dua eləyir qarı, axan yaşları silir,
Yorğun gözlərindəsə xəyallar cana gəlir.
Döyüş meydanı görür döyüş ərəfəsində,
Uzalı qalıb oğlu, yaralı sinəsindən.
Ölüb qəhrəman kimi, alov tək qanı axır,
Donuq əllərindəsə düşmənlərin bayrağı.
Həm səadət, həm də dərd — qarı duruxub qalır,
Ağbirçəkli başını ovuclarına alır.
Qaşlarına da bu an dən düşür elə bil ki,
Gözlərininsə yaşı tökülür muncuq kimi.
1914
Ruscadan tərcümə
16. 06.19, Samara
На краю деревни старая избушка,
Там перед иконой молится старушка.