When You Are Old
Qarıyıb çallaşanda, yuxu basanda daim,
Otur bu kitabla sən ocağın qırağında,
Tələsmədən oxu, öz gözlərini sal yada,
İncə baxışlarında kölgəli dərinliyi.
Cazibəli anları sevən gör nə qədərdi,
Vurulmuşdular sənə – yalandan ya doğrudan.
Fəqət sərsəri Qəlbi sevdi səndə bir insan,
Sevdi sənin çöhrəni dəyişdirən qəmi də.
Başın, şəbəkəsinə sobanın əyiləndə,
Bir az qəmli pıçılda, Sevgi necə baş aldı,
Dağlara addımladı, zirvələri adladı,
Ulduzların içində görünməz oldu birdən.
İngiliscədən tərcümə
21-22.06. 2019, Samara
When You Are Old
WHEN you are old and grey and full of sleep,
And nodding by the fire, take down this book,
And slowly read, and dream of the soft look
Your eyes had once, and of their shadows deep; Читать далее