SERGEY YESENİN. “ŞÖHRƏTİ FIŞTIRIQLI GƏNCLİK İLLƏRİM, SİZİ…”

ЕСЕНИН

Годы молодые с забубенной славой…

 

Şöhrəti fıştırıqlı gənclik illərim, düzü,
Mən özüm zəhərlədim acı zəhərlə sizi.

 
Bilmirəm ki, axırım yaxındır ya da uzaq,
Bir vaxt göydü gözlərim, indisə sönük və ağ.

 

Hanı sevinc? Həndəvər —  toran, küsü və qüssə,

Çöldə? Meyxanada ya? Heç nə görünmür gözə.

 

Əlimi uzadıram – əlimlə eşidirəm:

Gedirik…atlar … xizək… qar… keçirik meşədən.

 

“Arabaçı, qamçı vur!  Sürürsən azarlı tək!

Belə dərə-təpədə can çıxarasan gərək”.

 

 
Birdir arabaçının sözü: “belə boranda
Qorxuludur, atları tərlədəsən qovanda.”

 

 

“Qorxaqsan, arabaçı! Söz kar eləmir sənə!”

Özüm qamçı  çəkirəm atların kürəyinə.

 

 

Vururam, qar sıçradır  atların  ayaqları

Birdən təkan… qarın üstə xizəkdən yıxılıram.

 

 

Ayılıb nə görürəm: nə at, nə araba var,
Yerim xəstəxanadır, sarıyıb uzadıblar.

 

Dərə-təpəli yolda, at bilərək sən demə,
Yaş sarğıyla çırpıram dəmir çarpayını mən.

 

Saatın əqrəbləri bığ kimi burulublar,

Başım üstdə yuxulu baxıcılar durublar.

 

 

Xırıltıyla deyirlər: “Ey qızılbaş, heyf, sən,
Acı ödlə özünü özün zəhərləmisən.

 

Bilmirik ki, axırın uzaqdır ya yaxındır,
Mavi gözlərində nəm qalıb meyxanalrdan”.

Ruscadan tərcümə

11.06. 2019

Samara

QEYD: Bu şeiri Yesenin Şeremetyev, sonra (9-15 mart 1924) Kreml xəstəxanasında yatarkən yazıb.

 

Годы молодые с забубенной славой,
Отравил я сам вас горькою отравой.

Читать далее

Реклама