SERGEY YESENİN. «BOSFORDA HEÇ ZAMAN OLMAMIŞAM MƏN…»

Yesenin_Sergey

Никогда я не был на Босфоре

 

Bosforda heç zaman olmamışam mən,
Məndən o yerləri soruşma nahaq.

Gözlərində mavi alovla hərdən,

Alışan dənizi görmüşəm ancaq.

 

 

Karvanla Bağdada getmişəm nə mən,
Nə də daşımışam ipək və həna.

Gözəl gərdəninlə bir az əyil sən,

Baş qoyum diszinin üstə, yorğunam

 

Nə qədər danışam, deyəm, nə fayda,

Heç də fərqi yoxdur sənə, görürəm,
Rusiya adlanan uzaq diyarda.
Şöhrətli, tanınmış, adlı şairəm.

 

 

Mən bura qüssədən gəlməmişəm ki,
Məni, ay görünməz, özün çağırdın.
Axı sənin sona əllərin, iki

Qanad tək boynuma mənim sarıldı.

 

 

Qəlbimdə talyanka səslənir indi,
Hürüş eşidirəm ay doğan kimi.

Fars qızı, keçmirmi bəs ürəyindən,
Görəsən o uzaq mavi ölkəni?

 

 

Dağıt talyankanın qəmini qəlbdən,

İçirt əfsunlarla ruhuma yazı.

Yadıma salmayım darıxıb həm də,
Bir də mən o uzaq şimallı qızı.

 

 

Bosforda heç zaman olmasam belə,
Uyduraram onu,  istəsən əgər.

Sənin ki gözlərin dənizdir elə,
Mavi od onlarda sayrışıb gedər.

 

Ruscadan tərcümə

15-16. 06. 2019, Samara

 

Никогда я не был на Босфоре,
Ты меня не спрашивай о нем.
Я в твоих глазах увидел море,
Полыхающее голубым огнем. Читать далее

Реклама