SERGEY YESENİN. ANANIN DUASI

Yesenin_Sergey

МОЛИТВА МАТЕРИ

Əfəlləmiş koma var  lap ucqarında kəndin
Qarı dua eləyir orda surət önündə.

 

 

Oğlunu adlandırır qarı dualarında
Vətəni xilas edir oğul uzaq diyarda.

 

 

Dua eləyir qarı,  axan yaşları silir,
Yorğun gözlərindəsə xəyallar cana gəlir.

 

 

Döyüş  meydanı görür  döyüş ərəfəsində,
Uzalı qalıb oğlu, yaralı sinəsindən.

 

 

Ölüb qəhrəman kimi, alov tək qanı axır,

Donuq əllərindəsə düşmənlərin bayrağı.

 

 

Həm səadət, həm də dərd — qarı duruxub qalır,
Ağbirçəkli başını ovuclarına alır.

Qaşlarına da bu an dən düşür elə bil ki,
Gözlərininsə yaşı tökülür muncuq kimi.

1914

Ruscadan tərcümə

16. 06.19, Samara

 

 

На краю деревни старая избушка,
Там перед иконой молится старушка.

Читать далее

Реклама