Архив | Июнь 2019

SERGEY YESENİN.   “OXU, OXU, MƏL`UN BU GİTARADA…”

ЕСЕНИН

Пой же, пой. На проклятой гитаре

 

Oxu, oxu! Məl`un  bu gitarada,
Barmaqlar rəqs edir yarımdövrəli,

Yeganə, son dostum, elə burada,
Bu məstlik, bu dəmdən əcəb ölməli!

 

Zərif əllərinə baxma onun sən,
Çiynindən sürüşən ipəyinə də,

Səadət axtardım bu qadında mən,
Tapdım həlakımı gözlənilmədən.

 

Mən nə biləydim ki, sevgi – azardır,
Mən nə biləydim ki, sevgi – irin, qan.

Çıxdı qabağıma, gözünü qıydı,

Aldı xuliqanın ağlını başdan.

 

 

Oxu, dostum, oxu. Yada sal yenə,
Bizim o dəlisov gəncliyimizi.

Versin sevgisini qoy özgəsinə,
Cavandır, gözəldir, özüsə zibil.

 

 

Ah, dayan, Mən onu yamanlamıram,

Ah, dayan. Demirəm mən ona lənət.

Bas simi altında mən gitaranın,

Özümdən deyərəm sənə hekayət.

 

 

Yanır günlərimin qızıl günbəzi,

Qızıl yuxulardan kisə ürəkdə.

Çox qız əllərimdə mənin əzilib,
Künc-bucaqda neçə qadın təklədim.

 

 

Acı həqiqəti var bu dünyanın,
Oğrun, uşaq vaxtı, baxıb görmüşəm
Köpəklər növbəyə necə dayanıb,
Şirəsi tökülən dişiyə görə.

 

İndi nədən ötrü  qısqanım axı,
Mənim kimisinə nə ağrı, əzab.

Həyat – bir mələfə, bir də çarpayı,
Həyat – qızğın öpüş, sonrasa girdab.

 
Oxu! Gəlir məşum bəla sorağı,
Əllərin bu məşum zərbələriylə.
Mən də heç vecimə almıram axı…

Dostum, mən heç zaman ölən deyiləm.

1923

Ruscadan tərcümə

07-08. 06. 2019

 

Пой же, пой. На проклятой гитаре, 
Пальцы пляшут твои в полукруг. 
Захлебнуться бы в этом угаре, 
Мой последний, единственный друг. 

Не гляди на ее запястья 
И с плечей ее льющийся шелк. 
Я искал в этой женщине счастья, 
А нечаянно гибель нашел. 

 
Я не знал, что любовь — зараза, 
Я не знал, что любовь — чума. 
Подошла и прищуренным глазом 
Хулигана свела с ума. 

 

Пой, мой друг. Навевай мне снова 
Нашу прежнюю буйную рань. 
Пусть целует она другова, 
Молодая, красивая дрянь. 

Ах, постой. Я ее не ругаю. 
Ах, постой. Я ее не кляну. 
Дай тебе про себя я сыграю 
Под басовую эту струну. 

Льется дней моих розовый купол. 
В сердце снов золотых сума. 
Много девушек я перещупал, 
Много женщин в углах прижимал. 

Да! есть горькая правда земли, 
Подсмотрел я ребяческим оком: 
Лижут в очередь кобели 
Истекающую суку соком. 

 

Так чего ж мне ее ревновать. 
Так чего ж мне болеть такому. 
Наша жизнь — простыня да кровать. 
Наша жизнь — поцелуй да в омут. 

 
Пой же, пой! В роковом размахе 
Этих рук роковая беда. 
Только знаешь, пошли их на хер… 
Не умру я, мой друг, никогда.

SERGEY YESENİN. “SƏNƏ Kİ BAXIRAM, MƏNİ DƏRD ALIR…”

ЕСЕНИН

Мне грустно на тебя смотреть…

 

Sənə ki baxıram, məni dərd alır,
Təəssüf hissindən ağrıyır ürək!

İndi bizə qalan sentyabrdır,

Söyüd yarpaqları misə dönəcək.

 

 

Dağılıbdır özgə dodaqlarında,
İstin, bədəninin titrəyişləri.

Ruhum öləziyir, soyuyur ya da,
Ordan elə bil ki, yağış çiləyir.

 

 

Qoy olsun! Qorxmuram ondan heç də mən,

İndi başqa sevinc açılmış mənə.
İndi çürüntüdən, bir də ki, nəmdən
Özgə bu dünyada qalmamış heç nə.

 

Mən də qorumadım özümü axı,
Sakit bir həyata, təbəssümlərə.

Yolların hələlik keçilib azı,
Səhvlərsə çətin hesaba gələr.

 

 

Həyat da gülməli, dava-dalaş da.

Həmişə belədir, belə də qalır.

Əsil məzarlığa bağı oxşadar,

Sümüyə  bənzəyən tozağacları.

 

 

Biz də bax beləcə solub gedərik,
Bağ qonaqları tək dinmərik artıq…

Qışın oğlan çağı yoxsa çiçəklər,

Onların dərdinə niyə qalırıq…

1923

Ruscadan tərcümə

06-07. 2019, Samara

QEYD: Şeir aktrisa Avqusta Miklaşevskayaya həsr edilib

 

Мне грустно на тебя смотреть, 
Какая боль, какая жалость! 
Знать, только ивовая медь 
Нам в сентябре с тобой осталась.  Читать далее

SERGEY YESENİN. NƏĞMƏ («BÜLBÜLDƏ BİR NƏĞMƏ VAR…)

ЕСЕНИН

Песня (Есть одна хорошая песня у соловушки)

 

Bülbüldə bir nəğmə var, elə ki dilə gəlir,
Matəm mərasimimdə səslənir o elə bil.

 

Çiçəkləndi – ərköyün, böyüdü – qan-qan dedi,

Boyun salladı birdən, sanki özündən gedib.

 

Gicgahı deşir ağrı fikir-düşüncələrdən,
Necə vaxtsız-vədəsiz gəncliyimi xərclədim.

 

Anlamıram özüm də nə baş verdi ya niyə,
Gecələr cod yastığı sıxıram ürəyimə.

 

Cingiltili nəğmə, ax, qüssəli cəhcəh yayıb,

Zülmətdə elə gəlir qucaqlayıram yarı.

 

 

Qarmon və ay işığı pəncərənin dalında,
Bilirəm mehribanım bir də çətin qayıda.

 

 

Ah, eşq — başınağacı, qan – albalı şəfəqi,

Necə köhnə gitara və necə təzə şərqi.

 

Həmin təbəssüm, həmin sevinc və iztirabla,
Babalar oxuyanı nəvələr oxuyurlar.

 

 

Gəncsiz, için, oxuyun, həyatdan yayınmayın –

Onsuz da çiçəkləri töküləcəkdir yarın.

 

Mən soldum. İçkidənmi? Ya şöhrətdən? Bilmirəm.

Gəncdim, bəyənirdilər, atdılar, indi təkəm.

 

 

Nəğməsi də bülbülün buna görə xoş gəlir,
Dinir mən zavallının matəmində elə bil.

 

Çiçəkləndi – ərköyün, böyüdü – qan-qan dedi,

Boyun salladı birdən, sanki özündən gedib.

 

Ruscadan tərcümə

05-06. 2019, Samara

QEYD: Şeir 1925-ci ilin aprelində Bakıda, xəstəxana palatasında yazılıb. Müasirlərinin yazdığına görə, Yesenin bu şeiri özü qoşduğu motivlə mahnı kimi, rəqs hərəkətləri ilə («приплясывая) oxuyurmuş.

 

Песня (Есть одна хорошая песня у соловушки)

Есть одна хорошая песня у соловушки —
Песня панихидная по моей головушке. Читать далее

SERGEY YESENİN. “SEVGİDƏ İNSANLARI İSTƏYƏRƏK SINASIN…”

ЕСЕНИН

Шел Господь пытать людей в любови…

Sevgidə insanları istəyərək sınasın,
Dilənçi görkəmində Tanrı çıxdı talaya.

Palıdlıqda bir qoca kötük üstdə bu ansa,

Gəmirirdi qurumuş kökəni damağıyla.

 

 

Dilənçiyə sataşdı qocanın gözü birdən,
Gördü gedir cığırla, əlində dəmir əsa.

Fikirləşdi: “Ay aman, bu zavallı nə gündə,
Görünür aclıq çəkib yazıq, beləcə əsir”.

 

 

Tanrı yaxına gəldi, qəmini gizlədərək:

Yəni oyatmaq olmaz bunların ürəyini…

“Al, gəvələ… Bir azca səni bəlkə bərkidə”, —

Deyib qoca uzatdi Tanrıya çörəyini.
1914

Ruscadan tərcümə

04. 06. 2019

Samara

 

 

Шел Господь пытать людей в любови, 
Выходил он нищим на кулижку. 
Старый дед на пне сухом в дуброве, 
Жамкал деснами зачерствелую пышку. 
Увидал дед нищего дорогой, 
На тропинке, с клюшкою железной, 
И подумал: «Вишь, какой убогой,- 
Знать, от голода качается, болезный». 

Подошел Господь, скрывая скорбь и муку: 
Видно, мол, сердца их не разбудишь… 
И сказал старик, протягивая руку: 
«На, пожуй… маленько крепче будешь».

 1914

SERGEY YESENİN. ANAMA MƏKTUB

ЕСЕНИН

Письмо матери

Qarım, mehribanım, hələ sağmısan?

Mən də sağam. Səni salamlayıram.

Qoy sənin komana süzülüb axsın,

Təsvirə gəlməyən işıq hər axşam.

 

 

Yazırlar, həyəcan içini yeyir,
Məndən ötrü yaman fikir çəkirsən.

Köhnədəb və əfəl donunu geyir,
Çıxıb dayanırsan yol üstündə sən.

 

 

Mavi zülmətində sənə axşamın,

Görünən həmişə eyni şey olar:

Kimsə meyxanada dava zamanı,

Deşər ürəyimi fin bıçağıyla.

 

 

Boşla, mehribanım, narahatlığı!

Bir qarabasmadır gördüyün, inan.

Lap elə əyyaş da deyiləm axı,

Mən səni görməmiş gedəm dünyadan.

 

 

Elə həminki tək qılıqlıyam mən

İndi bircə şeyin arzusundayam,
Qurtuub tezliklə vəhşi qüssədən,

Yastı komamıza bizim qayıdam.

 

 

Qayıdıb gələrəm bağda ağappaq
Ağaclar qol açar yaz həvəsiylə.
Səkkiz il əvvəl tək oyatma ancaq,
Məni, sökülməmiş dan yeri hələ.

 

 

Arzulanıb gedən nə var, oyatma,
Çin olmayanlara toxunma hədər.

Mənim bu həyatda düşüb baxtıma,
Erkən üzüntülər, erkən itkilər.

 

 

Mənə ibadət də öyrətmə. Bəsdir!

Keçmişə bir daha qayıtmaram mən.

Tək sənsən ruhuma nur salan indi,

Mənə kömək sənsən, sevinc də sənsən.

 

 

Daha həyəcanla nə özünü üz,

Nə də ki, qəm elə, içini yeyib.

Çıxıb yol üstündə dayanma tez-tez,
Köhnədəb və əfəl donunu geyib.

1924
 ruscadan tərcümə

03-04. 06. 2019

Samara

 

 

Письмо матери

Ты жива еще,  моя старушка?
Жив и я. Привет тебе, привет!
Пусть струится над твоей избушкой
Тот вечерний несказанный свет. Читать далее

KREMATORİ

Tək adamın sonu

Tək insan, əgər xəstəlik ya qəza sarsıtmayıbsa, özgə yardımı olmadan keçinə bilər. Tək adamın ən ciddi problemi, əgər bütün ömrü boyu yatağa düşməyibsə də, öləndə, daha dəqiq deyilsə, ölən kimi yaranır. Yəni tək adam çox şey ya hər şey edə bilər, bir şeydən başqa: tək adam öz-özünü dəfn edə bilməz…

Mən tək adamam və haçansa məni cansız, daha nəinki başqalarına, heç özümə də lazım olmayan bədənimin kimin üçünsə başaağrısı yaradacağını düşünəndə pərt oluram. Əlbəttə, mən vətənə aparılıb basdırılmaq, qəbrimin göz titəsinə çevrilməyini istəmirəm. Elə burda… Yerli qəbiristanlıqların müsəlmanlar basdırılan hissəsinin ucqarında, hasar dibində… Nişansız…Belə qəbir Rusiyanın iqlim şəraitində bir neçə aya da itə bilər…

Son vaxtlar krematori haqqında çox fikirləşirdim. Bir burum tüstü, bir ovuc kül…Külü bir yer tapıb sovursunlar… Və heç kim də sənin günahkar bədəninin torpaqda çürüdüyünü düşünməsin… Elə bil bu dünyaya gəlməmisən…

Ancaq indi İnternetdə baxıb görürtəm ki, Samarada krematori yoxdur! Yandırılacaq meyitləri Moskvaya aparırlar! Buna da bir ətək pul lazımdır… Yəni başa düşdüm ki, krematori mənlik deyil. Çünki Samarada krematorinin tikilməyi də planlaşdırılmır…

Ancaq yaxşı olardı…Bir ovuc kül…Sonra da verələr yelə…

Düzü, mən az qala əlli il ərzində bütün yazdıqlarımı da yandırmaq istərdim. Yazdıqlarımın çoxunun əlyazması da yoxdur. Kompütürdə, İnternetdə. Kompüteri şifrələmək, İnternetdə olanları silmək, kiminsə bəlkə yığıb saxladıqlarından istifadəyə isə vəsiyyət yazıb qadağa qoymaq. Sağkən bir qara qəpik qiymət verilməyən işlərin birdən «irsə», «mərhumun irsinə» çevriləcəyi perspektivi məni açmır… Mən haqqımda “mərhum belə yazıb, mərhum belə tərcümə edib” yazacaq həmvətənimi gözümün qabağına gətirirəm və qadın ya kişiliyindən asılı olmayaraq gözünün içinə tüpürürəm. Çünki bu həmvətən üçün vacib ədəbiyyat, sənət deyil, bu adam üçün vacib mənim ölməyimdir. Azərbaycan tənqidi və ədəbiyyatşünaslığında saxtakarlıqdan, əqidəsizlikdən,  qarınotaranlıqdan, peşə səviyyəsizliyindən başqa, nekrofillik, ölüsevərlik də var, ki, bu da qarğa-quzğunun leşə sevgisi kimidir.

Mən həmvətənlərimin mənim ölümə sevgisini sağkən rədd edirəm və məndən “mərhum filankəs” kimi yazacaq hər kəsin gözünün içinə tüpürürəm…

Kim bilir, mənim indi permanent maliyyə böhranında olan samaralı  tanışlarımın vəziyyəti birdən yaxşılşar və mənim ölümü Moskvaya yandırmağa apararlar. Bir Samara müəssisəsi reklamında Moskvaya yaxşı səyahət vəd edir: 14 yerlik rahat maşın və s. Ye, iç, danış, gül… Hər mövzuda. Kəlməbaşı da mənə müraciət lazım olmayacaq: “Ağsaqqal  bizi bağışlasın…”

05. 06. 2019

Samara

SERGEY YESENİN. “XORASANIN ELƏ QAPILARI VAR…”

ЕСЕНИН

В Хороссане есть такие двери…

 

Xorasanın elə qapıları var,

Qızıl gülə batıb astanaları.

Orda düşüncəli bir pəri yaşar,
Xorasanın elə qapıları var,

Mən aça bilmədim ancaq onları.

 

 

Qüvvə qollarımda nə qədər desən,
Mənim saçlarımda qızıl və mis var.
Gözəldir, incədir pərinin səsi.
Qüvvə qollarımda nə qədər desən,

Mənə basılmadı fəqət qapılar.

 

 

Sevgimdə şücaət nə lazım axı.

Və niyə? Nəğməmi kimə deyim mən? —

Qısqanc deyildirsə Şaqa bir daha,

Aça bilmədimsə qapıları həm,
Sevgimdə şücaət nə lazım axı.

 

 

 

Gərək Rusiyaya qayıdam indi.

Ah, İran! Sənimi tərk edirəm mən?

Səndən ayrılıram bəlkə əbədi,
Öz ana yurduma məhəbbətimdən?

Gərək Rusiyaya qayıdam indi.

 

 

Görüşənə qədər, hələlik, pəri,
Qapıları aça bilmədim, nə qəm,

Sənin yedirtdiyin iztirab şirin,
Səni vəsf edəcək vətəndə nəğməm,

Görüşənə qədər, hələlik, pəri.

 

Ruscadan tərcümə

03. 06. 2019

 

В Хороссане есть такие двери,

Где обсыпан розами порог.

Там живет задумчивая пери.

В Хороссане есть такие двери,

Но открыть те двери я не мог. Читать далее

SERGEY YESENİN. «ƏLVİDA ANIDIR, ƏZİZİM, ARTIQ…»

ЕСЕНИН

До свиданья, друг мой, до свиданья
Əlvida anıdır, əzizim, artıq,
Dostum, ürəyimdə yerin əbədi.
İndi bəxtimizə düşən ayrılıq,
Bizə gələcəkdə görüş vəd edir.

 

Əlvida, nə dinək, nə də əl sıxaq,
Qüssə görünməsin qaşqabağında.

Ölmək təzə deyil həyatda, ancaq,

Təzə heç nə yoxdur yaşamaqda da.
ruscadan tərcümə

02.06. 2019, Samara

 

До свиданья, друг мой, до свиданья.

Милый мой, ты у меня в груди.

Предназначенное расставанье

Обещает встречу впереди. Читать далее

ARI

Dolaşır ağır-ağır.

Axtarır tələsmədən,
Şirə toplayır arı,
Bir an nəfəs dərmədən.

 

 

Başı üstdə nə rəis,
Önündə nə plan var.

Nə çox yeməyə həris,
Nə də altına yığar.

 

 

Ara vermir, işləyir,
Yorulmaq nədi, bilməz.

Yığdığından yüzdə bir,
Arı yeməyinə bəs.

 

 

Bilməz neçəyə dəyər,

Yetirdiyi bu nemət,

Hara gedər, kim yeyər,

Nə tərif, nə də şöhrət…

 

 

Çalışır yayınmadan,
İbadət eləyən tək.

Belə işləyə insan –

O da bal yetirəcək…

 

31.05. 2019
Samara