ANAM ÖLDÜ…

ANA1 день1 1день2 1день3 1день4 1день3 1день2

ПАЛАТКА1 день1ИБРАГИМ кладб 7

ИЛЬХАМкладб 8

ХАФИЗ

Явер Исмайылкладб 9 кладб 1028 avqust-03sentyabr 2015 ƏRƏBQARDAŞBƏYLİ

BİR STƏKAN SU

“Sənin də balaların olsaydı, başın yerə gələndə bir stəkan su verərdilər…”

Bunu mənə çox deyiblər, bir qayda olaraq ailəyə yaxın qadınlar. Deyəndən sonra da gözlərini bərk qapayıblar, guya ağlamaqlarını güclə gizlədirlər. Ancaq açanda görürsən ki, gözləri qupqurudur…

İndi yaş və səhhət səbəbiylə baş tez-tez yerı gəlir, ancaq belə vaxtlarda “balasız özümü” yox, anamı düşünürəm. Anamın nəinki blkakarl və nəvələri, hətta nəticələri və kötükcəsi var. Ancaq həmin o “bir stəkan suyu” ona qonşu Məmmədhüseyn kişi, çörəyi qonşu Gülşən bacı gətirir…

Elə-belə işlər…

 

23.02.2014

 

QƏLBİMİN İSTİSİ, SEVİNCİ ANAM…

Qəlbimin istisi, sevinci anam,

Bu kasıb ömrümə tək inci anam.

 

Qoydu övlad yolunda dincliyini,

Qızının, oğlunun girinci anam.

 

Nə qədər uğradım fəlakətə mən,

Yetişdi dadıma birinci anam.

 

Məni çox qarğısa da aşkarda,

Yandı hər dərdimə gizlincə anam.

 

Atar aləm məni, atmaz Tanrım,

Əl üzər ancaq — əl üzüncə anam.

 

Canımda şerə həvəs yandırdı,

Canı atəşli, ruhu incə anam.

 

 

07-08 oktyabr 1989, Samara

ANAM, AĞLAMA!

Yenə gözlərində kədər buludu,

İnan, bu halına dözə bilmirəm.

Kirpiklər bir selin önündə durub,
Haçan damcı-damcı sızar, bilmirəm.

Sızıb bir axara dönsə bu sel, su,

İnan, bu axarda üzə bilmərəm.

Anam, ağlama!

Deyirsən “başları bəxtəvər olsun,

Oğlundan, qızından yarıyanların”.

Deyirsən “bəxtimə düşmədi biri,

Ata-anasını yarıdanların”.

Astadan desəın də, vallah, ürəyim,

Sənin hər sözündən bir yara alır.

Anam, ağlama!

Ev-eşik qayğısı, süfrə qayğısı,

Hərdən cin atına mindirir səni.

Yatmır ürəyinə gəlinlərin də,

Zamanın gərdişi yandırır səni.

Yenə səbrini yığ, bu göz yaşları,

Vallah, el içində sındırır səni,

Anam, ağlama!

Hərdən günəşə də acığın tutur,

Deyirsən “istisi tamam azalıb.

Nə ağrı götürür, nə can qızdırır,

Elə günəşlikdən tək adı qalıb”.

Gəl belə danışma, ay ömrüm-günüm,

Eşidib deyərlər “anan qocalıb” –

Anam, ağlama!

Çoxdu dərdi-səri sonbeşiyin də,

Gəlbin məndən ötrü belə nigaran.

Deyirsən “özünə gün ağlamadı,

Şerə baş qoşalı qaldı avara”.

Yenə can sağ olsun, nə qəm, kim bilir,

Bəlkə mən də bir gün ağıllanaram.

Anam, ağlama!

Bulud çəkilməsə gözündən əgər,

Gəlbimin qüssəsi çəkilən deyil.

Ağlasan, sel olar gözünün yaşı,

Məni öz qoynunda batırar bu sel.

Bəlkə də mən sənin ciyərparanam,

Sən də ürəyimin parasısan, bil!

Anam, ağlama!

                                          iIyun-22 sentyabr1978, Ərəbqardaşbəyli

 

 

 

 

 

 

 

YOL AZIB POÇT QATARI…

 ata evi

Yol azıb poçt qatarı,

Məktubun quş qatarı.

Çoxdan poçt qutuları,

Bağlanıbdır üzümə.

 

Mürəkkəbmi qurudu,

Yoxsa qələm qırıldı,

Bacım, bəlkə yoruldun –

Niyə gəlmir kağızın?

 

Dostluq ötən həvəsdi,

Qardaş aranı kəsdi.

Niyə əllərin əsdi,

Ay anam, ay yazanım?

 

Günüm qürbət eldədir,

İki gözüm yoldadır.

Soyuq məni öldürür,

Məktub gəlmir qızınam.

 

Anam, bacım, qardaşım,

Yuxularım qarışdı.

Kağızdı bir qarışlıq –

Yazın sözün düzünü…

 

10-20 mart 1993 Samara

ƏSGƏR MARŞI

 

Bu əsgərin adı əsgər,

Özü ana uşağı.

Üç gün əvvəl kənddə gəzən,

Fağır, başıaşağı.

 

Sağı naşı, solu naşı,

Kim bu marşı öyrənib?

Sağı çaşır, solu çaşır,

Komandir də heyvərə.

 

Puda dönür avtomatı,

Əzir, salır çiynini.

Bilmir hara addım atır,

Duman alır beynini.

 

Bu gün-sabah sonu yetər,

Bu təlimin, yürüşün.

Bəlkə gecə, bəlkə səhər,

Gedəcəklər döyüşə.

 

Qorxu qovub yuxusunu,

Başı-gözü odlanır.

Qova bilmir qorxusunu,

Qorxduğuna utanır.

 

Atadan da, anadan da,

Çoxdan üzüb əlini.

Tapındığı inamıdır,

Tanrı gəlir dilinə:

 

“Allah, min bir yara alım,

Ancaq qoyma ölməyə.

Allah, sənin qulun olum,

Əsirliyi görməyim”.

 

Bəlkə gecə, bəlkə səhər —

Bəlkə əcəl tələsir.

Bəlkə onu vurub sərər,

Yoldaşının gülləsi.

 

Bəlkə çatmaz tanrı dada,

Bəlkə əsir tutular.

Bəlkə satar komandiri,

Bəlkə nazir satılar.

 

Bu əsgərin adı əsgər,

Özü ana uşağı.

Ana ağlar, ağlar, itər,

Gözlərinin işığı…

 

 iyun 1992 — 10 mart 1993 Samara

 

CAVİDİN XATİRƏSİNƏ

ANA                                            

                                            

Yıxılıb həyətin boz asfaltına,

Nəfəs almağı da bilinmir indi.

Baxır, kütlə görür həndəvərində,

Tanımır məhəllə camaatını.

 

Ana gözlərinin işığı sönüb —

Ata bərabəri, adı and oğul,

Dünən anasına qol-qanad oğul,

Yurda qol-qanadı bükülü dönüb.

 

Ağır xəstəliklə, ağır yarayla,

Yataqda qalsaydı illər uzunu.

Yalvarar, Tanrının bəlkə özünü,

Rəhmə gətirərdi dualarıyla.

 

Nazını çəkərdi son ümidinin,

Bəsləyib şəfalı bar yetirərdi.

Təzədən döşünə süd gətirərdi,

Əlac desəydilər ana südünü.

 

Əsir tutulsaydı, hərbə çıxardı,

Düşmən ordusuna həmlə çəkərdi.

Yalın əlləriylə qırıb-tökərdi.

Əlli min əsgəri. Qala yıxardı.

 

Dəf edər təbii fəlakətləri,

Alardı oğlunu sudan və oddan.

Halı yeri-göyü indi ağladan,

Göylə əlləşərdi bala xətrinə.

 

Torpağın altıdır soyuq yer indi…

Yer isti, göy isti, odlanır asfalt.

Göz dolu, qəlb dolu, yetişir saat,

Tanrıya üz çevir, Tanrını dindir…

22-23 aprel 2011 Samara