Архив тегов | gədəbiyyat

GƏDƏBİYYAT. MƏMMƏD ARAZ NİYƏ GÖYGÖLƏ DAŞ ATIRDI? İÇKİLİ İMİŞ?

MƏMMƏD ARAZ GÖYGÖL

Azərbayan şagirdlərinə Məmməd Arazın «Göygöl» şeiri də keçilir. Baxaq.

«Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz, dumandı Göygöl».

Çiskində gəlib, ancaq gölü dumanda görür. Bu necə olur?

«Tənha qayalara, lal meşələrə,
Zülmət gecələrə hayandı Göygöl.»

“Qayalar” – yəni çox qaya. “Lar”-dırsa, tənhalıq hardandır?

“Lal meşələr” – şair meşədəki şaqqaşuqu eşitməyib? Niyə cəm halda? Göygölün ətrafında neçə meşə var?

Göl zülmət gecəyə necə hayan olur? Bu, metaforadır? Bəs açılışı nədir? Necə olur ki, xırda bir göl göyün, yəni sonsuzluğun müdafiəçisi olur, onun  keşiyini çəkir?

 «Bir səhər gördüm ki, durulub yatır»

Şair “bu yerə» uzun müddətə gəlibmiş – misradan bilinir.

“Durulub yatır?” Ondan əvvəl Göygölün suyu Kür suyu kimi, salyanlılar demişkən, lıqqa imiş?

«Kəpəzin dibində burulub yatır.”

Bilirdim ki, burulub”dan sonra “durulub” gələcək. Məmməd Araz Azərbaycanın birinci qafiyəbazı olub.

“Qovulan ceyrantək yorulub yatır”.

Göygöl indi də ceyrana döndü… Niyə yorulub? Kim qovurmuş? Göygöl dağ çayıdır ya xırda göl?

“Daş atdım, diksinib oyandı Göygöl.”

İndi şagird müəllimdən soruşa bilər: Şair müqəddəs Göygölə niyə daş atır? Arağı çox içibmiş?

Müəllim də Flora Kərimova kimi deyər: “Əcəb eləyir atır, əlinin içindən gəlib…Arağı dədən içir…»

 Gəlin bu sualı Az Tv ilə səsləndirib Azərbaycan xalqından soruşaq: niyə naxçıvanlı Məməd Araz gedib Gəncənin inci gölünə daş atır?

Yazıq Göygöl: Şair atan daşla vurulub yatır… (bu misra Mirzə Təbildəndir)

“Döşünü qayıqlar düymətək bəzər”.

Qayığın düyməyə bənzəri var? Yoxdur!

“Dedim, bu görkəmlə Xəzərə bənzər”.

Hansı görkəmlə? İki-üç gəzinti qayığı ilə? Yalançının…
“Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göygöl”.

Şair “baxdı” deyirsə, baxılan yer görünməlidir. Göygöl hara baxdı? Qayıqdakı harınlara?

 “Yel əsdi, yarpaqlar suya töküldü…”

“Yağış da yağmışdı, yerlərdə palçıq…” Bəlkə heç yel əsməyib, Məmməd Araz özü ağacları silkələyib yarpaqları töküb suya? Gölə daş atan ağacı da silkələyər. Yəqin bir vedrə içibmiş…

“Buludla ağladı, günəşlə güldü,
Deyəsən, bir kövrək insandı Göygöl…”

Siz bu son beytdə, eləcə də bütün şeirdə məhz Göygölə məxsus nəyisə görürsünüz? Bu cəfəngiyatı, DTX günahımdan keçsin, hətta Sevan haqqında da demək olar.

Yeri gəlmişkən, bəlkə Məmməd Arazın müqəddəs Göygölə içkili halda daş atıb ağacları silkələməsi barədə DTX-ya ərizə yazaq?

Qoy soğanbaş kürəkəni Aqil Abbas cavab versin…

X.X.

13. 05. 2024, Samara

HÜSEYN ARİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «SULAR AYAĞININ EŞMİŞ ALTINI…»

Hüseyn Arif. Qız qalası

5-ci sinif şagirdlərinə Hüseyn Arifin “Qız qalası” şeiri tövsiyə edilir. Görək Hüseyn Arif Qız qalasını necə tərənnüm edib, vunderkind və dahi Cəfər Cabbarlını keçə bilib ya yox.

“Gərilmiş qabağa qaya sinəsi…”

Qalanın sinəsi qayadandır ya kərpicdən? Sinəsi necə gərilib?

“Qaralmış küləkdən, dumandan, sisdən”.

Qaralıb? Bəlkə bozarıb? Küləyi, dumanı başa düşdük, bəs “çis” nədir? Sis! Sis? Mən başa düşürəm ki, bu “sis” misranı doldurmaq üçündür. Bunu uşağa desən, fikirləşəcək ki, şair fırıldaqçı olub.

“Canında illərin ox nişanəsi,
Qərinələr keçib başının üstdən”.

Burda, əlbbəttə, şair “əsrlər” demək istəyib, ancaq misrada heca çatmayıb, ona görə şair tıxayıb “qərinələri.  Şair yüzilliklər” deyə bilərdi, heca sayı da uyğun gəlir, ancaq böyük şair gərək farsca, ərəbcə deyə.

Şeyx Əhməd Şeyx Nəsrullaha nə tövsiyə edirdi? “Ərəbcə de, ərəbcə…”

Qayıdaq şeirə: zaman başın üstündən keçir? Başın üstündən keçsəydi, nə vardı ki…

 Sonra gülməli bənd gəlir. Oxuyub çox gülmüşəm, Allah Hüsey Arifi də o dünyada güldürsün, elə güldürsün ki, şeytanları da gülmək tutsun. Baxın:

“Gah günəş alovdan biçmiş donunu,
Gah xəzan səyirdib çapmış atını”.

Şair “payız” demir,  “payız”ı bizim kimi sıravi insanlar deyirlər. Xəzan! Nəbi Xəzri rəhmətlik də yaman “xəzan” deyən idi, onun şeirlkərində xəzan yarpaq tökürdü. Hüseyn Arifdə isə “səyirdib çapmış atını”…

“Çapmış atını…:

Yaxşı, deyək ki, günəş qalaya don biçir. Bəs «xəzan atını səyirdib» qalanın harasında çapır? Divarlarında?

Sonrası daha gülməlidir, bunu eşitsələr, şeytanlar uğunub gedəcəklər, tiyanın altı sönəcək

“Tufanlar araya alanda onu
Sular ayağının eşmiş altını”.

Deməli tufanlar, yəni ən azı beş-altı tufan, Qız qalasını araya alır. Sular isə, yəni sular, ayağının altını eşir…

 Eşir…Sis!

“Qışın çilləsində, qışın qarında
Çevirmiş üzünü üfüqə sarı.”

Qalan vaxtlar Qız qalası üzünü qibbləyə çevirir?

“Nəğmə tək səslənmiş qulaqlarında
Xəzərin əsrlik pıçıltıları”.

Bayaq qərinə idi, indi əsr oldu, burda misra düzəlir. Əsrlik pıçıltını uşağa necə izah edəsən? Belə izah olunmaz şeyləri Daxili işlər nazirliyinin mətbuat xidmətinin rəisi izah edə bilir. O cənabın dünyada izah eləyə bilmədiyi heç nə yoxdur…

 “Dayanıb altında əzəmət, vüqar,
Sanki daşa dönmüş bir sərkərdədir.”

Altında vüqar? Alt, türkün məsəli,  ayıb olan yerdir, orda nə əzəmət… Fikirləşdim ki, bəlkə “alnında” olmalıdır. İki mənbədə baxdm, “altnda”dır…Yəqin Hüseyn  Arif Qalanın altı ilə tanış olub…

Yuxarıda demişdi ki, «altını sular eşib». Eşilən yerdə nə vüqar, nə əzəmət?

Sis!…

Vallah, elə bil ki, Sabir, Cəfər Cabbarlı, Müşfiq  kimi şairlər gedəndən sonra yurd xaraba qalıb…

X.X.

12. 05. 2024, Samara

GƏDƏBİYYAT. ZƏLİMXAN YAQUB YA ÖNDƏRƏ SATAŞIB YA MİLLƏTİ DOLAYIB…

Bir dahi doğulub gəldi dünyaya

Zəlimxan Yaqubun “Bir dahi doğulub gəldi dünyaya” şeirini 5-ci sinfin dərsyində oxuyub, Əliağa Kürçaylı demişkən, “heyran kəsildim”. Hətta, açığını desəm, mənə eə gəldi ki, bu, heç şeir deyil, adama sataşmaqdır. Yəni Zəlimxan Yaqub bu şeirlə ümummilli liderə sataşıb. Bəlkə zarfatları olub, bilmirəm. Baxın.

«Naxçıvanda doğuldu»

Bunu başa düşdük. Deməsəydi də, 5-ci sinif şagirdi biləcəkdi ki, öndər Naxçıvanda doğulub. Azərbaycanın ayrı yerlərində doğulanların rəhbərliyə ləyaqəti yoxdur. Ancaq elə ikinci misra uşaqğı çaşdırmalıdır.

“23-ün mayında”.

Belə şey olar? Dərs ili 15-in sentyabrında başlayır ya sentyabrın 15-də? Təzə il 1-in yanvarın  girir ya yanvarın birində? Necə yəni “23-ün mayında”? Bu, adama sataşmaq deyil? Deyirsiniz Zəlimxan Heydər Əliyevə sataşa bilməzdi? Yaxşı, razıyam. Onda belə çıxır ki, bu gürcüstanlı o qədər yeyib harınlayıb ki, dilin qanunlarına tüpürüb, Azərbaycan xalqını dolayıb, millətə vedrə bağlayıb, kəlləmayallaq yazıb…

Ay lotu…

Sonra “mayında”nın qafiyəsi gəlir:

«Güllü bahar fəslinin

ən işıqlı ayında.»

Gülsüz yaz olur? Yazda hətta Çukotka da çiçəklənir…

Yeri gəlmişkən, «Çukotka» türk sözüdür, “çox ot olan yer” deməkdir, Xəlil Rzanın Salyandakı abidəsinə and olsun…

Sonra gürcüstanlı karandaşının ucuna tüpürüb yazır:

“Anası İzzət xanım,

atası Əlirza

Şükürlər oxudular

onlara oğul verən

Tanrıya, İlahiyə”

Bəlkə “şükr”  dedilər? Tanrıya ya İlahiyə? Gürcüstanlı bilməyib ki, Allahdan başqa ilahi yoxdur…

“Ata-ana ad qoyub

adına Heydər dedi,

Bu, azərbaycancadır? “ad qoyub adına…”

«Bu həyatın barını

dərdikcə, hey dər, dedi…”

“Dərrdikcə, hey dər…”

Bu nə qaraçı dilidir? «DƏRDİKCƏ HEY DƏR…»  Adam öz başına ikiəlliqapaz salmaq istəyir…

Bəs neft, qaz barəsində bir şey demədilər? Heydər özü başa düşdü?

 «O boy atıb böyüdü

gündə bir darı boyda,

Ona layla çalanın

xoş arzuları boyda.

Yaxşı baxın: bir darı boyda Heydər böyüyür. Deməli, “ona layla çalanın arzuları” da darı boydadır – belə deyil? Blədirsə, bu, adama sataşmaq deyil? Yox? Onda milləti dolamaqdır?

“Damar-damar bərkidi,

pillə-pillə böyüdü”…

Bu proses sizə tanış gəlir? Siz özünüz necə böyümüsünüz? Pillə-pillə ya ayrı cür?

Əzələ bərkiyər, sümük bərkiyər. Damar necə bərkiyir?

Bu lotuluğu müəllim uşaqlara necə sırıyır?

Yazıq Azərbaycan uşaqları… Pillə-pillə böyü, sonra nəinki böyüməyinə, hətta doğulmağına da peşman ol…

X.X.

08. 05. 2024, Samara

HİKMƏT ZİYANNIN «QARABAĞDA» ŞEİRİNƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ BAXILMALIDIR…

Hikmət Ziya Qarabağda

Mən uşaq vaxtı Hikmət Ziyanı təmsilçi kimi tanıyırdım, 1-ci ya 2-ci sinfin dərsliyinə tülkünü aldadan inkubator cücəsi haqqında təsili salınmışdı, o vaxtlar , yənii 50-70 il qabaq Azərbaycanda inkubatorlar texnoloji yenilik idi, bunun şeiri yazılıb dərsliyə salınmalıydı.

Demə Hikmət Ziya dağa-daşa da dırmanırmış. 6-cı sinfin dərsliyində “Qarabağda” adlı mətni var. Qırx misradır. Yəqin elə birincii dəfə qəzetdə ya jurnalda çıxanda 80 sovet manatı alıb, bir müəllimin aylıq maaşı…

“Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır…”

Ərəbcədən çevirsək, gözəlliyi yaşıl bağlardır, vüqarı dağlar.

Bağlar il uzunu yaşıl olur? Bəs yarpaqlar saralanda? Töküləndə?

“Başqa ətirlə açır qönçələr Qarabağda…”

Uşaq müəllimdən soruşa bilər: başqa  — yəni hansı ətirlə? O ətrin adı olmalıdır ya yox? Mən də deyərəm Salyanda qönçələr başqa ətirlə açılır. Bununla “Salyan ətri” barədə hansısa təsəvvür yarana bilər?
Dağlarının başında Şuşa zümrüd tacıdır,
Bərdə, Ağdam, Füzuli daim qardaş-bacıdır.

Bunların hansı qardaş, hansı bacıdır? Rus dilində, məsələn, cins kateqoriyası var, Azərbaycan dilində yoxdur. Deyək ki, Füzuli qardaşdır. Ona bacı Ağdamdır ya Bərdə?

“Hər daşını görənlər dirçələr Qarabağda”

Elə hər daşı görən kimi dirçəlir? Kim dirçəlir? Xəstə? Ölü?

Bilirsiniz müəllif niyə bu cəfəng ifadələri işlədir? Çünki bəndlərəin sonuna  5-ci misra  — “Min ilin yorğunu da dincələr Qarabağda” əlavə olunur, ona görə hər bənddə “şair” “dincələr” sözünə qafiyə tapmalıdır. Hər cür hoqqaya əl atır, əlbəttə, oxucunu avam bilir, nə varsa, soxuşdurur – buna başqa ad qoymaq mümkün deyil…

 

“Köksündə hər qayası tarixləşib tunc olan”

Qarabağın köksünü təsəvvür etdiniz? Hər qaya bu köksdə tarixləşib. Daş şəklində də yox, tuncdan! Qaya tunc olub…

Yenilməz abidəmdir yerdən göyə ucalan”.

Qarabağ – yenilməz abidədir. Yerdən göyə ucalır? Tərsə, başıaşağı ucalan abidələr var?

Sonrakı iki misraya baxın. Bu beytin müəllifinin cinayəti milyon manatlarla maliyyə fırıldağı eləyən məmurun cinayətindən ağırdır. Çünki bu şair uşağın da, böyüyün də tərbiyəsini, yəni estetik tərbiyəsini pozur, yəni pozğun edir.

“Yaşı yüzü ötsə də, yoxdur burda qocalan”.

Bu cinayətkar deyir ki, Qarabağda yüz yaşı ötən də qocalmır.Və davam edib deyir:

“İnsan ömrü çətin ki, köç eylər Qarabağda…”
Bir şey başa düşdünüz? Ömür köç eləyir ya bitir? Deyək ki, canımızı dişimizə tutub ömrün köç eədiyini qəbul etdik. Ancaq bu allahsız deyir “çətin ki, köç elər”. Yəni adamlar Qarabağda ölmürlər…

Bəs buna nə deyirsiniz:

 “Bülbül tək ötür, hətta sərçələr Qarabağda…”

Bu lotu bilir ki, sərçələr bülbül  kimi ötə bilməz, ancaq buna “dincəlir” sözünə qafiyə lazımdır…

Sərçələr… hətta!

«Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı…»

«Min-min illik» — bu nədir və ya nə qədərdir?

Qarabağın neçə aranı var?

“Burda hər kəs qonağa hörmətini bol eylər..”

İlahi, bu nə dildir! “Hörmətini bol eylər…”

“Dünya gözəllərini qamətilə lal eylər…”
Hansı dünya gözələrini? Sofi Loreni? Kətrin Denövü? Klaudiya Şifferi? Julia Robertsi? Görmüşük Qarabağ gözəllərini… Ağdamın, Bərdənin, Füzulinin pambıqçı gözəllərini… Ağır iş, qıt, keyfiyyətsiz qida…

Sonra şair elə qızışır ki, gözü ayağının altını görmür, hətta qafiyə olanla qafiyə olanı ayıra bilmir
“Bu yerdə Vaqifimin müqəddəs türbəsi var,
Natəvanın, Zakirin pozulmayan izi var,
Üzeyirin nəfəsi, Bülbülümün səsi var…
Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var…”

“Var” rədifinin əvvəlində gələn sözlər qafiyələnməlidir, ancaq qafiyələnmir: “türbə”, “iz”, “səs”, “zəngulə”…

Cəfər Cabbarlını personajı nə deyirdi? “Şəriət avam adamlar üçündür, sənə-mənə nə şəriət”. İndi şeirlərini dərsliklərdə gördüyümüz sovet şairlərinin hamısı sovet vaxtı nəşiyyatlarda, dövrü  mətbuatda, Yazıçılar ittifaqında, hətta Mərkəzi Komitədə yüksək vəzifə tutublar, onlara nə qayda? Özləri yazan, özləri redaktor, özləri naşir.

Birdən 6-cı sinif şagirdi soruşsa ki, müəllim, bu şeirdə məhz Qarabağa aid nə var? Şair Qarabağın adi insanın görə bilmədiyi nəyini və hansı bədii vasitəərlə göstərib? Müəllim nə cavab verəcək? Deyəcək başından yekə söz danışma? Deyəcək şeirdə Natəvanın, Üzeyirin, Bülbülün adı çəkilir? Şagird deməzmi ki, bu məlumatları Vikipediyadan oxumaq daha yaxşı olar? Mən niyə heç qafiyəsi də düz olmayan bu cəfəngiyatı əzbərləməliyəm?

Hə? Azərbaycanlı oğlan, qız niyə bu cəfəngiyatı əzbərləməlidir?

Bu mətnin şeiriyyəti cəhənnəm, şeiriyyət yoxdur. İnformativliyi də şübhəlidir.

“Yolunda qurban verər hər bir övladı canın”.

Verdi? Hər bir övladı? Ya fəhlə-kəndli övladları?

“Döyünən ürəyidir doğma Azərbaycanın”.

Qarabağın mədəniyyət mərkəzi, paytaxtı olmağı mifdir. Azərbaycan əjdahalarından kim qarabağlıdır? Füzuli? Mirzə Fətəli Axundov? Cəlil Məmədquluzadə? Sabir? Heç biri! Üzeyiri bəstəkat kimi Qarabağ yetirməyib, rus imperiyası, Qori seminariyası, rus konservatoriyası yetirib…. Qarabağa yazılan şeirlərin hamısında adı çəkilən Vaqif qazaxlıdır. Natəvanı isə şeiri qanmayan adam böyük şair sayar, Natəvan da Azərbaycan miflərindən biridir…

Mənim sualım təhsil nazirliyinədir: 6-cı sinif şagirdləri bu mətndən nə öyrənə bilərlər? Heç nə! Əlli ilin şairinin mətnində hətta qafiyələr də düz deyil.  Dağı, bağı, bulağı sadalamaqla Qarabağ mənzərəsi yaranır? Bunlardan, məsələn, Lerikdə yoxdurmu?

Mən 6-cı siniflə işləyən müəllimlərə məsləhət görərdim ki, bu şeirə çatanda barmaqlarına tüpürsünlər. Bəli, barmaqlarına tüpürüb vərəqi çevirərək bu cəfəng mətni arxada qoysunlar. Əgər vicdanları və az-çox savadları varsa…

X.X.

06.05. 2024, Samara

HÜSEYN ARİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «ANALAR»

hqdefault

Azərbaycan xalqı toylarda ana haqqında “segaha” qulaq asmağı çox sevir. Bir vaxt “Ana ürəyi” adlı dastana oxunan “segah” kənd toylarının repertuarında hit idi. Xanəndə ananın ürəyini sevgilisinin buyruğu ilə oğulun necə çıxartığıbnı zəngulə vura-vura danışdıqca toydakılar hönkür-hönkür ağlayır, elə ağlaya-ağlaya ciblərindən sovetin əzik göy üçklüklərini çıxarıb xanəndənin qabağna atırdılar….

Ancaq analardan şən şeirlər də var imiş. Məsələn, Hüseyn Arifin 5-ci nifdə keçilən “Analar” şeiri. Çox gülməlidir.

 “Elə ki, balalar gəlir dünyaya,

O gündən hey ölçüb, biçir analar”.

“Bala dünyaya gələn gündən” analar nəyi ölçür və biçirlər? Körpənin boyunu? Özü də HEY! Yəni gecə-gündüz! Bu nə işdir?

“Mahnı da oxuyur, şeir də deyir

Bəstəkar analar, şair analar”. 

Yəni təzə azad olmuş, yəni zahı qadın şeir deyir, mahnı oxuyur?

“Dözür hər əzaba o bilə-bilə…”

Şeir deyib mahnı oxuyan ananının nə əzabı? Nec yəni “bilə-bilə” dözür? Kim ona əzab verir? Əri? Qayınaansı? Bəlkə mahnı oxuyub şeir dediyinə görə?

“Yaşayır, sirrini salmadan dilə”.

Hansı sirri? Uşaq doğmağını gizlədir? Uşaq başqa kişidəndir? Sirri dilə salarlar ya gətirərlər?

Sonrası lap zəlzələdir:

“Vaxt olur, qaldırıb ağını belə

Şərbət əvəzinə içir analar”.

Ağı, yəni zəhər. Hüseyn Arif özü vuran olduğuna görə belə yazıb. Ancaq zəhər araq ya konyak deyil ki, içən onu qaldıra. Oxucunun başı burda çatlamalıdır: deməli, ana şərbət içməlidir, ancaq “qaldırıb zəhər içir”. Niyə? Niyə ana özünü öldürür? Bayaq mahnı oxuyub şeir demirdimi?

 “Unudub illərin yorğunluğunu,

Həyatda dincliyi, evdə yuxunu…”

Fikir verin: yuxu – evdədir, dinclik – həyatda. Deməli, evdəki yaşayış həyat deyil. Hə?

Bunu ona görə vurğulayıram ki, Azərbaycnın xalq şairi adını daşıyan adam Azərbaycan dilində düz-əməlli yaza bilmir.İndi bütün Azərbaycan belə yazır…

“Sevincin azını, qəmin çoxunu,

Yükün ağırını seçir analar…”

Əgər seçim varsa, niyə “qəmin çoxunu” seçir? Uşaq doğan kimi qadın mazoxistə çevrilir?

 “Alnında zamanın açdığı qırış,

Başına qar tökür, qar ələyir qış”

Başı, yəni saçı, ağardan qışdır? Qış – qocalıq mənasındadırsa, ananın, eləcə də atanın saçı qocalıqdan ağarır. Cəmi iki bənd qabaqda uşaq doğub, indi başına qar tökülür?

“Odun istisindən aralanmamış,

Suyun soyuğundan keçir analar”.

Burda yəqin mətbəxdən söhbət gedir. Qaz pilətəsi ilə su kranı, əlbəttə, yaxın olur. Ancaq suyun soyuğundan ana necə keçir?

“Özüm də bilmirəm, Hüseyn, niyə 

Başımın tüstüsü çəkilir göyə?”

Analardan şeir yazan adamın başından niyə tüstü çıxır? Bəlkə, üzr istəyirəm, araqdandır? Azərbaycanda saf araq olmur, yəqin şairin içdiyi arağa benzin qatıblar, tüstü də ondandır.

“Torpaqmı anasız qalmasın deyə, 

Torpağın qoynuna köçür analar?”

Azərbaycan şairləri, xüsusən xalq şairləri, ordenli şairlər şeiri şah beytlə qurtarmalıydılr. Şeir “Kommunist” qəztində çıxan kimi görən  alqışlayırdı: “Səməd müəllim, nə demisən!” Rəsul müəllim, nə demisən!” “Hüseyn müəllim, nə demisən!” Ancaq diqqətlə oxuyanda görürsən ki, bu beytdə nökərlik ləyaqəti də yoxdur. “Torpaqmı anasız qalmasın deyə …” Yəni ana ölüb torpağın altına girir ki, torpağa ana olsun. Bəs bizim xalq şairlərimiz həmişə torpağın özünə ana demirdimi? Bəs atalar ölmürlər? Atalar niyə ölürlər? Torpaq atasız qalmasın?

Mən bu şeiri öyrənməli olan 5-ci sinif şagirdlərinin halına yanıram. Yəqin bu cəfəng mətni tədris edən müəllim ya müəllimə bir xaral arası və ya bir furalıq cəfəng söz danışıb onu tərifləyir.

Nə tərif, ay məllim? Bu mətndə nəinki şeirlik heç nə yoxdur, onun dili bərbaddır, belə mətnlərlə Azərbaycan dilinə yiyələnən insanın fikri də, fikrinin ifadəsi də dolaşıq olacaq.

Hüseyn Arif haqqında. Bu şair hələ mən uşaq və yeniyetmə olan vaxtlarda Hüseyn Hüseynzadə kimi tanınmışdı, kitabları da bu adla çıxırdı. Arif adında gənc oğlu qəzada həlak olandan sonra “Arif” təxəllüsünü götürür. Yaımdadır, keçən əsrin 70-ci illərində onun yekə bir kitabını almışdım. Onu nə qədər ələk-vələk elədimsə, bir yaxşı şeir tapa bilmədim və çox məyus oldum…. Onun “ Meşəbəyi” adlı bir gəraylısını aşıq melodiyası ilə Teymur Mustafayev oxuyandan sonra dəbə düşmüşdü və kənd toylarında hökmən “Meşəbəyi” sifariş verib düşürdülər ortalığa – sındır ki, sındırasan…  Poetik hünəri “Ağrın alım, meşəbəyi” səviyyəsində olan şair xüsusən oğlunun ölümündən sonra dərin, ya da dərin saydığı, hətta fəlsəfi mövzulara girişir. Gənc oğlunu faciəvi itirmiş atanın şeirlərinə kim tənqidi bir söz deyərdi? Qalın kitabları dalbadal çıxırdı, adlar, ordenlər…

Bu da onun irsi…

Ana haqqında şeir yazmaq istəyənə bəlkə də bir-iki aylıq kurs keçilməlidir. Şair ananın hamiləlik vaxtı, doğuşdan sonrakı vəziyyətini həkimlərdən öyrənməli, bir neçə imtahan, o cümlədən Cəfər Cabbarlının “Ana” şeirindən imtahan verməlidir…

Ya da “Ana” haqqında şeir yazmağa yarım əsrlik moratoriya qoyulmalıdır…

Ya da hər kəs öz anası haqqında yazmalıdır. Ana – müqəddəs deyil, ana — insandır, qadındır, anaların da hər cürü var. Gəlinə zülm edib onu intihar həddinə çatdıran qayınana da anadır. Rüşvətxor qadın həkimlər də, rüşvətxor qadın məmurlar da, hakimlər, prokurorlar, cəmiyyətin xeyli hissəsində dəhşət doğuran televiziya aparıcıları da anadırlar. Və onlarda heç bir müqəddəslik-zad yoxdur… Bəlkə cinayət məcəlləsinin beş-altı maddəsi onların həsrətindədir…Analara həsr edilən saysız-hesabsız sağlıqlar, təriflər, şeirlər nə ümumiyyətlə qadına və o cümlədən ana olan qadına əsl münasibəti əks etdirmir. Azərbaycanda az qala hər gün qadın başı kəsilir, o qadınların əksəriyyəti bir və ya bir neçə uşaq anasıdır. Və o başları kəsənlər isə atadırlar – ara şairlərinin toylarda oxunan şeirlərində müqəddəsliyə qaldırılan atalar…İnsanın cinsi, onun sosial statusu, ailə vəziyyəti, subaylığı və ya evliliyi onun xarakteri, əxlaqı haqqında heç nə demir. İnsanın əxlaqını, yaxşılığını ya pisliyini  onun davranışı, başqalarına münasibəti,gördüşü işlər müəyyən edir…

X.X.

04. 05. 2024, Samara

ƏHMƏD CAVADIN GÜLMƏLİ ŞEİRLƏRİ. «ÇIRPINIRDI QARA DƏNİZ…»

çırpınırdı qara dəniz

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!

Bu beyti başa düşmək olur. Yəqin müəllif demək istəyir ki, Qara dəniz türkün bayrağına baxıb çırpınır.

«Ah!…» deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına.

Bunu kim deyir? Müəllif? Dəniz? Deyək ki, müəllifin dilindədir. “ayağına düşə bilsəydim, ölməzdim”.

Bayrağın ayağı? Niyə şair bayrağın ayağına düşmək istəyir? Bayraq seyid qəbri deyil!  Bayrağın qabağında şax dayanıb ona salam verərlər – bayrağa hörmət və sevgi ifadəsi kimi.

Deyək ki, şair bayrağa yox, dənizə müraciət edir. Dənizin ayağına necə düşmək olar? Dənizin qırağı var, türkün məsəli, ortası var, ancaq ayağı yoxdur…

Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..

Kim ayrı düşüb? Dost eli haradır? Söhbət dənizdən gedirsə, o, hansı bir eldənsə necə ayrı düşə bilər, dəniz guya gəzir, yerini dəyişir?

Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!

Bu iki misra arasında bir qram əlaqə var? Hər “gəldi-gedən” vəfalıdır? Bunun türk bayrağına nə dəxli?


İncilər tök, gəl yoluna,

Bayrağın yoluna incilər tökülsün? Niyə?

Sırmalar səp sağ, soluna!

Çoxlu lüğətə baxdım, “sırma” sözünü tapmadım. Nədirsə, gərək bayrağın “sağ-soluna” tökülə. Bayrağın “sağ-solu”?


«Həmidiyyə» o Türk qanı!
Heç birinin bitməz şanı!

Həmidiyyə?

Azərbaycanca (!) Vikipediyada: “Alman keşişi olan İohannes Lepsi əldə etmiş olduğu məlumatlar və özünün şəxsi hesablamaları əsasında 88.243 erməninin öldürüldüyünü, 546.000 nəfərin mühacirətə getməyə məcbur olduğunu, 2.493 kəndin dağıdıldığını, bu kəndlərdən 456-sının əhalisinə zorla İslamın qəbul etdirildiyi, 649 kilsənin bağlandığını və bu kilsələrdən 328 kilsənin məscidə çevrildiyini bildirmişdir. Bundan əlavə, Lepsi daha 100.000 erməninin aclıq və xəstəliklər nəticəsində öldüyünü hesablamış və beləliklə də ölənlərin sayının 200.000 nəfər təşkil etdiyini bildirmişdir”

Beləliklə: türk qanı ya erməni qanı?


Dost elindən əsən yellər,
Bana şer, salam söylər.

Bana – kimə? Dənizə? Müəllifə?


Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!

Bütün ellər türkün bayrağına qurban olsun? Niyə?

Bu zərərli cəfəngiyyat bu gün uşaqların beyninə yeridilməlidir?

Bu mətndə hətta kiçik qardaşın böyük qardaşa sevgisi, hörməti yox, lakeyin ağasına qarşı pərəstişi çox dolaşıq şəkildə ifadə edilib. Türkiyənn qüdrətini yaxından görən kimi gənc Əhməd Cavadın başı dumanlanıb, türk bayrağının, əslində isə osmanlının ayağına düşmək istəyib. Sonra, əslində tarixi təsadüf nəticəsində, Azərbaycan Respublikası yarananda cəfəng “Azərbaycan” şeirini yazıb. Sonra bolşeviklər gəlib, Əhməd Cavad olub sovet şairi və hətta Azərbaycan sovet yazıçıları təşkilatının məsul katibi və sovet professoru – kəmsavadlığına baxmayaraq…  Kəmsavadlığının sübutu – məsələn, şeirlərində mübtəda ilə  xəbərin uzlaşmamağı, ifadələrinin dolaşıqlığı və hatta absurdluğu…

Əhməd Cavadın həyatı faciəvidir, ancaq həyat faciəsi pis şairi yaxşı şair eləmir, Mikayıl Müşfiqi yaxşı şair eləyən onun güllələnməyi deyil, istedadıdır…

X.X.

03. 05. 2024, Samara

GÜLMƏLİ ŞEİRLƏR: ƏHMƏD CAVAD. «SƏSLİ QIZ» II

əhməd cavad səsli qız

ƏVVƏLİ BURDA: https://xeyrulla.com/2024/04/27/gulmeli-seirler-ehmed-cavad-sesli-qiz-i/

Altı aydan çox sürən
Qanlı bir mühasirə,
Tutulmuşdu çox acı
Basqına birdən-birə!

Şagird bunu necə başa düşməlidir? Başa düşməyəndə müəllim necə izah etməlidir? Belə çıxır ki, mühasirə “acı basqına” tutulub?  Və “altı aydan çox sürən”“birdən-birə” necə uyuşur?

Yüz minlərlə atılan
Can yağısı oxları,
Dişlərilə çeynəyib
Sərilmişdi çoxları.

Təsəvvür edirsiniz? Gülləni ağzı ilə tutan qoçaqlar haqqında lətifələr eşitmişdim, ancaq “oxları dişləri ilə çeynəyib sərilənlərin” olduğunu bilmirdim.

Yurdunu verməyənlər
Doğranmışdı xınchaxınc.
Tökülmüşdü yerlərə
Dağ kimi qalxan, qılınc!

“Xınchaxınc” sözünü eşidən var? “Xıncım-xıncım” bilirik, ancaq “xınchaxınc” ı yox. Bu yöndəmsiz sözü Əhməd Cavad ona görə uydurur ki, sonrakı beytdə “qılınc” sözünə qafiyə olsun. “Tökülmüşdü yerlərə” – bu, azərbaycancadır? Biz “yerə tökülmüşdü” deyirik. Döyüş meydanını təsəvvür edin – qılınc, qalxan səpələnər, ancaq qalaqlanıb dağ olmaz, əlbəttə, əgər onları böyük bir ərazidən yığmasan…

İncilərin sayı-hesabı yoxdur.

Hər şeydən xəbərsizkən
Yandırıldı çox canlar.

Canlar nədən xəbərsiz idilər? Yandırıldılar ya “xınchaxınc” oldular?

Qalmadı ağızlarda
Yaşamağın heç dadı.
Bir çox yazıq quşların
Qoparıldı qanadı.

Burda xeyli güldüm.Quşların qanadlarının qoparılmağı, əlbəttə, heç yaxşı iş deyil, ancaq gözünün qabağına gətirirsən ki, düşmənin bir alayı ancaq quşların qanadlarını qoparmaqla, yəni ütməklə məşğul olur, özünü saxlaya bilmirsən.

Yazıq quşlar… Yazıq Azərbaycan uşaqları. Belə təhsil almaq elə qanadı qoparılmaq kimi bir şeydir.

Əsgərsiz komandanlar
Qırıb atdı yayını,
Fələk döndərdi zəhrə
Bu ölkənin payını.

Başa düşdünüz? Əsgərlər düşmən oxlarını çeynəyib səriliblər, komandanlar əsgərsiz qalıb öz yaylarını qırıblar.  Fələk də bu ölkənin payını “zəhrə” döndərib…

Gülmək zatən yox idi.
Ağlamaq oldu yasaq…

Yəni deyir ki, onsuz da gülən yox idi, ağlamağı da qadağan edlədilər… İlham Əliyev bunu oxusa, millətə ağlamağı qadağan edər. Yaxşı ki, azərbaycanca oxuya bilmir…


Ertəsi gün çox erkən
Yuyuldu qaldırımlar.
Şallaqla güldürüldü,
Hıçqırıqla bir diyar.

Necə istəyirsiniz, elə də başa düşün. Mən üfqi də oxuyuram, şaquli də oxuyuram, bir şey başa düşmürəm…
Döndü, oldu qəhqəhə
Qan qusan hıçqırıqlar.

Qanı hıçqırıq qusur?

Qaranlığın qalmadı
Dodaqlarında qanı.

Qaranlığın dodaqları var imiş. Dodaqlarda da qan.


— Dünən buludların da

Çox dönük rəngi vardı! —
Bir az sonra onlar da
Əkildilər, getdilər.

Rəngin dönüklüyü necə olur? Ancaq buludların “əkilib getməyi” gülməlidir, bunu gərək etiraf edəsən…

Sonrakı misradan məlum olur ki, buludların hamısı əkilib getməyib. “Yerdə qalanı” da var.

Yerdə qalan buludlar
Matəmi tərk etdilər.

Sonra şair deyir ki, günəş çıxanda çiçəklər mahnı oxuyur.

Bu qıldıqsız günəşin
Sehr var baxışında.

“Qıldıqsız”ı başa düşmədim, ayıb sözə oxşayır… Lənət şeytana…

Çoxlu canların yandığı, əsgərlərin oxları çeynəyib sərildiyindən cəmi bir gün keçsə də:

 Doğrudan çıxdı yasdan.
Düşmən şalım gəlişi
Qanuni bayram oldu.
Bir çox dərdli ürəklər,
Qanlı sevinclə doldu.

“Qanlı sevinc”…

Şair keçir fəlsəfəyə, azərbaycanlı yeməsin, içməsin, ancaq qoyasan filosofluq eləyə.

Qəribə şeydir insan:
Al əlindən canını,
İstəyirsən ovucla
Hortlat axan qanını.

“Hortlat”! Qulaqlara qurğuşun…

Qoparıb əz qəlbini
Əylən çırpınmasilə,
Sürükləyib yerlərdə
Beyninin bağasilə…

Beyninin bağasi”  bilmirəm nədir, bəlkə osmanlıcadır. Şair insanın başına gətirilə bilənləri sadalayıb deyir:

Sonra çəkil, uzaqdan
Məğrur baxışla bir bax!
Görəcəksən ölənlər
Baldırında bağırsaq:
Sənin qanlı əlində
Bitməz qüvvət var deyə,
Hazırdır bağışlayıb
Dadsız-dadsız gülməyə.

Bunu elə bil Tərtər generallarına deyib, yəni generallar işgəncə verəndən sonra “məğrur baxışla” baxıb görəcəklər ki, bağırsaqları baldırlarına dolanmış qurbanlar generalları bağışlayıb “dadlı-dadsız gülmyə” hazırdırlar…

Etiraf etmək lazımdır ki, burda həqiqət var…

Ancaq “Səsli qız” — ədəbiyyat deyil, müsibətdir, fəlakətdir. Mən Əhməd Cavadın böyük insan, cəsur, fədakar vətənpərvər şəxs olduğuna bir saniyəliyə də olsa şübhə eləmirəm. Ancaq şair vətənpərvərliyin ya cəsurluğun bir xassəsi deyil, tanrı vergisidir. Əhməd Cavadın bu mətni öz müəllifini ancaq hörmətdən sala bilər. Azərbaycan ədəbi dilinin belə mətnlərlə tədrisi və təbliği dolaşıq nitqli, dolaşıq düşüncəli, dolaşıq yazılı on minlərlə, yüz minlərlə gənc deməkdir, perspektivdə isə kəmsavad millət deməkdir. Sosial şəbəkəlrdə yazılan minlərlə, on minlərlə postu, şərhi nəzərdən keçirin — ən azı Avropanın, Asiyanın mədəni millətləri arasında yazı savadı baxımından ən geridə olduğumuzu görərsiniz…

28. 04. 2024, Samara

GÜLMƏLİ ŞEİRLƏR: ƏHMƏD CAVAD. “SƏSLİ QIZ”. I

əhməd cavad səsli qız

Keşməkeşli və faciəvi ömür yaşamış Əhməd Cavada bir insan, şəxsiyyət kimi hörmətim böyükdür. Ancaq onun şeirlərinə tənqidi yanaşıram və hətta himnin sözlərinə ciddi iradım var və bu barədə yazmışam. SSRİ-də peşəkar kukla teatrının banisi, böyük rejissor və pedaqoq Sergey Obraztsovun bir məqaləsi var idi: “Ehtiyatlı olun – estetikadır! Ehtiyatlı olun – uşaqlardır!” Uşaqları pis ədəbiyyat, yəni antiaədəbiyyat, antiesttika ilə korlamaq azyaşlılara qarşı törədilmiş cinayət kimidir.

11-ci sinin üçün nəzərdə tutulmuş “Səsli qız” şeirini oxuduqca fikirləşirəm ki, belə mətnlərin yeniyetmələrə vurduğu ziyanı sonradan aradan qaldırmaq mümkün olmayacaq. Onların da fikirləri və fikirlərinin yazılı ifadəsi həmişə dolaşıq olacaq, əsl ədəbiyyatı qüsurlu ə ya tamamilə keyfiyətsiz mətnlərdən ayıra bilməyəcəklər.

Əhməd Cavadın şeirinə baxaq.

 Bülbülün səsi kimi
Qaynayır incə səsin.

Bülbülün səsi qaynayır? İncəliklə qaynamaq bir araya sığan şeylərdir?

Sanki ömrüm uzanır
Uzandıqca nəfəsin.

Bu beyti yaxşı yadda saxlayın: səs şairin ömrünü uzadır. Görün sonra nə deyəcək.

Acımazsan könlümə,
Zildən enərsən bəmə.
Qız, yazığam bu dildə
Dərdimi şərh eyləmə!

Belə çıxır ki, səs şairə əzab verir, yəni bir misra əvvəl dediyinin əksi!

Qız, qurbanmı istərsən
İnlətdiyin bu səsə?

Bayaq səs bülbül səsi kimi qaynayırdı. İndi inildəyir. Həm də müəllif ciddi dil qüsuruna yol verir: “səsi inlətmək” cəfəng ifadədir, çünki inilti özü səsdir.

Min dəfə ölsün canım
Söyləməsin bir kəsə.

Nəyi söyləməsin?

Hər nəfəsin bir ayə,
Vəhyi-müqəddəs kimi!

Bayaq səs inilti idi, indi Quran ayəsi oldu.

 Dünyada nemətmi var
Bu səndəki səs kimi?
Heç birinin lütfündən
Tapılmaz ki, bir payı.

“Heç birinin”  — nəyə aiddir? Gərək nemətlər sadalanaydı, onda “heç biri” yerində olardı. “Tapılmaz ki, bir payı” – bu, misra həm mənasızlığı ilə, həm də anlaşılmaz qrammatikası ilə cəfəngiyatdır. “Lütfdən payı tapılmaz”?

Qız, bu küskün könlümü
Bircə sənsən güldürən.

Bayaqdan inildədirdi, indi güldürür! Allahu əkbər!

Səsindəki qəhqəhə —
Doğrudan cəlb edərmiş
Sufini eşqilahə!

İnilti oldu qəhqəhə. Və qəhqəhə sufiini cəlb edir. “Eşqilahə”ni başa düşmədim.

Səsindəki sirri mən
Gedib sordum dərvişə.

Bəlkə “dərvişdən soruşdum”? Yönlük ya çıxışlıq?  Müəllim bunu kimdən soruşmalıdır? Dərvişdən? Təhsil nazirindən? Paşaholdinqdən?

Məlum olur ki, dərviş şairdən də qabaq o səsə aşiq imiş!

Görək dərviş nə deyir:

Dedi: “Haqqın cilvəsi
Görünür gahi-gahi!”

Gahi-gahi… Haqqın cilvəsi…

Hər qövmin imanı var
Bir səsli peyğəmbərə!

“Bir səsli peyğəmbər” kimdir ya nədir?

Çoxdandır anlaşılmış
Bu sirr Fərat boyunda.
Axtarırmış o sirri
Kür-Arazın suyunda.
Bir şey başa düşürsünüz?  O sirr nədirsə, “Fərat boyunda anlaşılıb”. Ancaq “Kür-Arazın suyunda” o sirri kim axtarırmış? Subyekt yoxdur!

Hər dinin əsli nədir? —
Qaibdən gələn bir səs!
Biçarə insanlığın
Dərdini bilən bir səs!

Burda şair “din xalqn tiryəkidir” deyən Karl Marksı təkzib edir. Dn tiryək yox, “qaibdən gələn səs”dir. Həm də “biçarə insanlığın dərdini bilən səs”.

Fikirləşirəm ki, ədəbiyyat müəllimi bunu necə izah edəcək. Təsəvvür edin kəndin ədəbiyyat müəllimini. Kişidirsə, heyvanı naxıra ötürüb, üzünə su çəkib, boynuna rezinli qalstuk taxıb, özünü çatdırırb məktəbə.. Qadındırsa, toyuq-cücənin dənini-suyunu verib, üstünə dezodarant sıçradıb, YAP-ın biletinin çantasında olmağını yoxlayıb, özünü çatdırıb dərsə. Jurnala baxıb soruşur: «Harda qalmışdıq? Cavad Əhməddə? Əhməd Cavadda?» “Biçarə insanlığın…” «Uşaqlar, milli öndərimizdən qabaq millətimiz biçarə olub, Əhməd bunu deyir… Cavad Əhməd… Dişini ağartma, tərbiyəsiz…”

Bir çox gözəl qızların
Büllur kimi səsləri
Azmı xilas eyləmiş
Ölümdən bikəsləri?.

Vallah, məni qınayan çox olacaq, qoy qınasınlar, deyəcəyəm: mənə elə gəlir ki, Əhməd Cavad vuran olub və niyə olmayaydı ki. Şair gərək vuran ola. Ancaq bəzən şair o qədər vurur ki, sintaksis nədir, hətta morfologiyanı da unudur və hətta hansı dildə yazdığı da yadından çıxır.

“Ölümdən bikəslər” nədir? Bəlkə bunun izahı üçün respublika müsabiqəsi elan edilə?

Bəlkə «bikəslər» «kimsəsizlər» deməkdir?  Yəni «büllur kimi səslər» «kimsəzizləri çox xilas eyləmiş». Hə? 

Hansı xalq düşməni bu cəfəng mətni dərsliyə salıb? 

Və belə dolaşıq şeyləri şagirdlərin benuinə dürtməkdənsə onlara, məsələn, yapon dilini öyrətmək düzgün olmazdımı? Bəlkə sonra bir şey icad edərdilər. Avtomobil demirəm, heç olmasa, uşaq arabası….

 Banzay!

27. 04. 2024, Samara

davamı var

GƏDƏBİYYAT: MƏMMƏD ARAZ. «ƏSGƏR MƏKTUBU»

Aqil abbas 2

9-cu sinfin ədəbiyyat dərsliyinə Məmməd Arazın “Əsgər məktubu” adlı şeiri salınıb.

Şeirin təhlilindən əvvəl gəlin təsəvvür edək ki, Azərbaycan ordusunun əsgəri doğrudan da Məmməd Arazı tanıyıb və hətta ona məktub da yazıb. İndi gəlin bu məktubu oxuyaq.

“Hörmətli Məmməd Araz yoldaş! Mənim sizə bir neçə sualım var. Niyə əsgərliyə, xüsusən cəbhə bölgəsinə, ancaq fəhlə-kəndli uşaqları gedirlər. Niyə nazirlərin, deputatların, icra başçılarının, prokurorların, xalq şairlərinin, xalq yazıçılarının uşaqlarıni biz cəbhə bölgəsində görmürük. Götürək elə sizin nəvələrinizi. Düzəltmisiniz polisə, rüşvətlə, fırıldaqla varlanırlar, üstəlik narazılığını bildirmək istəyən vətəndaşları salırlar dəyənəyin altına, şərləyib tutdururlar. Niyə sizin nəvəniz əsgər getməsin? Yazırdınız, ki, mamır olub vətənin qayasına yapışmaq arzulayırsınız. Ancaq sağlığınızda,  otuz ildir ki, kürəkəninizi  ..x parçası kimi yapıdırmısınız Azərbaycan parlamentinə, nə silinəndir, nə yuyulan. Vətəniniz Şahbuz deyil? Bəs niyə kəndinizdə yox, Fəxri xiyabanda basdırılmaq arzulayırsınız? Çünki Fəxri Xyabanda basdırılanın qəbri uşaqları, nəvələri, nəticələri üçün rentadır. Sizin qəbrinizdən nəticələriniz də, kötükcələriniz də faydalanacaqlar. Yoldaş Məmməd Araz! Əsgərlə işiniz olmasın. Əsgər sizi tanımır. Əsgər az-çox Əliağa Vahidi tanıyır və onun “Dumanlı dağların başında durdum” şeirini oxuyur. Şeir yazmağınız gələndə, yazın deputat kürəkəninizə, polis nəvələrinizə…”

İndi keçək şeirə.

Nədənsə inanmıram ki, Məmməd Araz  əsgər məktubu ala. Əsgərin, özü də həqiqi əsgərin, düşmənlə üzbəüz duran əsgərin vaxtı, həvəsi harda idi ki, Məmməd Araza məktub yaza? Yəni mərhum Məmməd Araz yalandan deyir ki,

“Əsgər məktubları alıram hərdən,
Məhəbbət, cəsarət, dəyanət dolu…”

O uydurma məktubda “Məhəbbət, cəsarət, dəyanət” necə ifadə olunub? Bəlkə əsgər yazıb ki, son damla qanına qədər peysər Aqil Abbasın, onun polis oğlanlarının vəzifələrini, mal-dövlətini qoruyacaq?

“Nəğməsiz darıxır əsgər tüfəngi”.

Ay bu şeiri dərsliyə salan qurumsaq! Tüfəng necə darıxar? Əsgər tüfənglə postda durur, səngərdə oturur. Posrda, səngərdə nəğmə oxuyub yerini düşmənə bildirəcək?

“Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir”.

 Zümsümə daşı necə isidər? Qoy mənə təhsil naziri cavab versin. Əmrullayedir, deyəsən. Yəqin ki, əsgər olub, nəğmə oxuyub. Bilər ki, zümzümə daşı qızdırır ya yox? Necə, nə dərəcədə qızır? Qayğanaq bişirmək olar?

 “İnamla, qeyrətlə qorunur Vətən.
Bunlarsız silahlar lal-kardır”, – deyir”.

Yetmiş bir illik ömrünün əlli ildən çoxunu peşəkar şədəbiyyatla məşğul olan adamım misrasına diqqət edin: “Bunlarsız silahlar lal-kardır”.

Yəni ”inamsız, qeyrətsiz” silahlar “lal-kardır”.

Silah necə “lal-kar” ola bilər? Deyək ki, atılmayan silaha güc-bəla ilə lal demək olar. Ancaq sialahın karlığı necə ola bilər?

Qeyrətsiz adamın silahı açılmır?

“Bir nəğmə əsgərin barmaqlarında
Tətiyə söykənən cəsarət olar”.

“Tətiyə söykənən cəsarət”? Bütün o tay-bu tay Azərbaycan xalqı bir yerə yığıla, hətta YAP-la Cəbhə birləşə, bunu izah edə bilən tapılmaz, çünki bunun izahı yoxdur, çünki, Məmməd Arazın bütün yazdıqları kimi bu da cəfəngiyyatdır.

«Əsgər məktubunda quş səksəkəsi,
Əsgər məktubunda qaya təmkini».

 Baxı, böyüklər və uşaqlar! Bu adamda ritm duyğusu, dil mədəniyyəti də olmayıb. “Əsgər məktubunda quş səksəkəsi”. Bu cəfəng misranın ikinci hissəsində dil topuq vurur: «quş səksəsəkəsi”. “Quş səksəkəsi” demək istəyən şagirdin ağzından ayıb ifadədə də çıxa bilər və sonra qan tökülər… “Qaya təmkini” ? Qayada nə təmkin? Qaya sabitlik rəmzi ola bilməz, qaya uçub-dağılan şeydir.

“Hər sətri keşikçi nidası kimi…”.

Başa düşdünüz? Mən – yox. Əsgər ambar qarovulçusudur? Oğru, yəni düşmən gələndə qışqırır? Deyək ki, qışqırır. Məktubun sətri niyə qışqırmalıdır? Məktubun sətri onda qışqırardı ki, əsgər orduda ona edilən zülmdən yazardı. Ancaq əsgər Məmməd Araz yoldaşa yazır ki, son damla qanına qədər onun xalq şairi adını, kürəkəninin deputat statusunu, nəvələrinn polisdə vəzifələrini və rüşvətlərini son damla qanına qədər qoruyacaq…

Əsgərlər bunu yazmazlar. Əsgər ümumiyyətlə Məmməd Araza məktub yazmazdı. Ancaq yüzlərlə, minlərlə fəhlə-kəndli balası belə cızmaqaraçı xalq şairlərinin,  kürəkənlərin, nəvələrin zəngin həyatı uğrunda qanını axıdıb, canıını qoyub.

Öləndən sonra da Məmmədarazlar Azərbaycan uşaqlarının qanını içməyə davan edir. Belə “şeirləri” 15-16 yaşlı sütül oğlan və qızların başına yerirmək, onların ruhunu həmişəlik zədələməkdir. Belə “standartlarla”  “estetik tərbiyə” alan yeniyetmə həmişəlik əsl ədəbiyyatdan əsl poeziyadan uzaq düşür.  Bu cızmaqaraya şeir deyən ədəbiyyat müəllimi ya heyvərədir, ya da kölədir, “ağa deyir sür dərəyə, sür dərəyə” prinsipi ilə yaşayır.

Belə məktublarla rəftar birvariantlıdır: üstündən xətt çəkib geri göndərmək. Yazanı ölübsə, o dünyaya göndərmək. Ya da deputat kürəkənin, polis nəvələrin üstünə…

X.X.

10. 04. 2024, Samara

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ. QAŞINDAN KEÇƏN AŞİQ…

Bəxtiyar-Vahabzadə

Füzulinin bir qəzəli belə bitir:

Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır”.

Şair sözü həmişə yalandırmı? Söhbət subyektiv mülahizə ya iddiadan gedirsə, onun yanlış olduğunu ya müəyyən sitüasiya ilə şərtləndiyini sübut etməyə çalışmaq olar. “Gözəllərin vəfalılığı”və eyni dərəcədə “vəfasızlığı” barədə mülahizə ya iddia subyektivdir və onların əksi də nə mütləq yalan, nə mütləq həqiqətdir, çünki şəxsi rəy, qənaət, mülahizə və ya subyektiv iddiadır.

Ancaq subyektivlik hərcmərclik, məntiqi xaos deyil. Şeirdə subyektiv yaşantıların, müşahidələrin və mülahizələrin ifadəsində məntiqi bağlılıq və ardıcıllıq olmalıdır.

İndi Bəxtiyar Vahabzadənin bir qoşmasına baxaq. Bu qoşma keçən əsrdə 60-cı illərin sonunda ya 70-ci illərin əvvəlində Baba Mirzəyev (sonralar – Mahmudoğlu) tərəfindən segah üstündə oxunandan sonra geniş tanındı.

“”Sən getdin, elə bil dünya boşaldı”

Bu, aydındır.

“Yaz da köçüb getdi, yeri boş qaldı…”

Yaz gedəndən sonra yeri boş qalır ya yay gəlir?

“Bahar ürəyimi sənsiz qış aldı”.

Yuxarıda demişdi ki, yazın yeri boş qalıb. İndi məlum olur ki, yazın yerini qış alıb.

“Eşqimi aparıb sən getdin demək…”

Sevgililər ayrılıblar. Qız (yəqin Bəxtiyarın sevgilisi kişi olmaz) gedib, eşqini də aparıb.

Eşqi necə aparırlar? Gedən pal-paltarını aparır, qızıl-gümüşünü aparır.

Sondakı “demək” sözünə baxın. Bu, misranı doldurmaq üşündür. Müstəntiq protokolunu xatırladır. “Vətəndaş, demək saat səkkiz radələrində sevgini götürüb getdin…”.

“Eşqsiz bir dünya nəyimə gərək”.

Əgər sevgi aparılıbsa, sevgi gedibsə, nə ah-zardır. Aşiqlər ah-zarı ona görə edirlər ki, sevgili gedir, sevgi qalır…

“Soyuq daşa döndü o gündən ürək…”

Ürəyi “soyuq daşa” dönmüş adam sevgi şeiri yazmaz. Yazanda belə cəfəngiyyat alınır.

Oxucu gözləyir ki, burda təpə, dağ, düz olmalıdır Çünki Bəxtiyar Vahabzadə Səməd Vurğunun şəyirdidir, təpəsiz , dağsız, düzsüz keçinə bilməz.

Doğrudur, burda dağ yoxdur, ancaq təpə və düz var.

“Birimiz təpəyik, birimiz düzük”.

Hansı təpədir, hansı düz?

“Həmişə ayrıyıq, gecə-gündüzük”.

Niyə həmişə? Sevgili təzəlikcə getməyib?

Üstünün qaşıyla tanınır üzük,
Əgər üzük yoxsa,qaşı neylərəm?

Burda, ruslar demişkən, şeytan özü qıçını sındırar. Gəlin görək nə başa düşürük.

Kim üzükdür, kim qaşdır?

“Əgər üzük yoxsa..” Deməli, qız (biz qərara gəldik ki, şairin sevgilisi çox güman ki, kişi eyil, qadındır) üzükdür, çünki gedən odur. Qaş qalıb. Bəs qaşa bənzədilən nədir? Bəxtiyarın özü? Sevgisi? Axı sevgi aparılıb! Ürək də daşa dönüb!

Qıç sındırmaq nədir, baş da sındırsan, bir şey başa düşmək mümkün deyil!

«Niyə yaşayıram mən niyə sənsiz…”

Ritorik sualdır!. Ncə niyə yaşayıram? Bəs «Leninlə söhbət» poemasını kim yazıb bir ətək pul alacaq?

“Nə yerə baxaram,nə göyə sənsiz”.

Bəs hara baxır? Gözübağlı gəzir?

Mən ki kor olmuşam hər şeyə sənsiz
Kor gözün üstündə qaşı neylərəm?”

Bu qaş məsələsi ilə Bəxtityar vurub gözü çıxarır. Şərq poeziyasında aşiq gözündən, ürəyindən, canından keçir. Ancaq qaş? Deyək ki, aşiq heç nəyə baxmaq istəmədiyinə görə gözlərinin üstündəki qaşları qırxdırır…

Qaşıqırxıq Bəxtiyar Vahabzadəni gözünüzün qabağına gətirin…

Doğrudan da şagirdlərin öz müəllimlərini ötüb keçməyi var. Cəfəngiyat yazıb oxucunun başını qafiyələrlə qatmaqda Bəxtiyar Vahabzadə Səməd Vurğunu keçməsə də, ona çatıb..

Rəhmətlik Baba Mirzəyev nə oxuduğunu başa düşürdümü?

Dünən müğənninin bir videosuna baxdım. Oxumamışdan əvvəl nitq söyləyirdi. “Bəşər xəlqinin bir strukturu var…”

Dalına qulaq asmadm. Çünki başımın tükləri biz-biz oldu.

Qaşımın da…

15. 02. 2024 Samara