Lord of my love, to whom in vassalage…
Eşqimin sultanı, ləyaqətindən,
Müti vassalına dönmüşəm indi.
Məktubu yazıram sədaqətimdən,
Ağlımı göstərmək deyil məqsədim.
Sənə sədaqətim elə böyük ki,
Ağlım söz də tapmır açıqlamağa.
Sənin qəlbindəki nəcib bir fikir,
Örtər qüdrətiylə bəlkə çılpağı.
İndi iltifatla məni yönəldən,
Bəxtimin ulduzu bəlkə də elə,
Bəzər ki, bu miskn eşqimi birdən,
Lütfünə layiqli görünə bilə.
Onda söz açaram məhəbbətimdən,
İndisə kölgəndə gərək duram mən.
İngiliscədən tərcümə
14.01.2018
Реклама