UİLYAM ŞEKSPİR.  27-Cİ SONET        

shakespear

 Weary with toil, I haste me to my bed,..

İş yorur, yatağa tələsirəm mən,

Üzülmüş bədənim ovunmaq istər.

Başımda səyahət başlanır o dəm,

Bədən dayanıbdır, ağılsa işlər.

 

Uçar fikirlərim çox uzaqlara,

Səni ziyarətə yollanar onlar.

Bütün gecə açıq göz qapaqları,

Zülmətə baxıram, elə bil koram.

 

Olsam da qaranlıq içində ancaq,

Canlanır surətin təxəyyülümdə.

Necə ki, zülmətdə bir inci yancaq,

Canlanır, dəyişir qara gecə də.

 

                 Çoxdan nə gündüzüm, nə də gecəm var,

                 Gündüz iş, gecəsə xəyalın yorar.

 

İngiliscədən tərcümə

15.01.2018

Samara