UİLYAM ŞEKSPİR. 117-Cİ SONET

sonnet 117.jpg

 

                                Accuse me thus: that I have scanted all

 

Haqlıdır qınağın: ödəməmişəm,

Haqqnı, xidmətin olsa nə qədər.

Unudub eşqindən söz deməmişəm,

Eşqin ürəyimdə hər an dinsə də.

 

Yadlarla oturub-durmuşam, sənin,
Haqqın olan vaxtı talan etmişəm.

Bütün küləklərə açıb yelkəni,

Gözündən uzağa üzüb getmişəm.

 

Tərsliyim də olub, yanılmışam da,
Sübut olunana  gümanları qat.

Məni tənbehinin hədəfinə al,

Atəş açma nifrət oduyla fəqət,
          Mənə bəraət ver: bunları, bil ki,

          Edirdim sevgini sınağa çəkim.
 

İngiliscədən tərcümə

13.04.2018

Samara

Реклама