
1
Certes, si tu le veux mériter, mon fils, oui…
Bəli, oğlum, şübhəsiz, layiq olmaq istəsən,
İçində yuva salan şübhə var ki, nə qədər,
Zanbaqda arı necə gizlənməyə tələsər
Açıq qolları üstə uçub gəlsin Kilsəmin.
+
Qulağıma yaxın gəl, axıt qorxu bilmədən,
Və cürətlə, içini varsa incidən hər nə,
Bir sözü ötürmədən, təkəbbürsüz de mənə,
Göstər peşmanlığını həm də elədiyindən.
+
Sonra otur süfrəmə, sadəcə, çəkinmədən,
Ən ləziz yeməkləri daddıraram sənə mən.
Mələk özü olacaq şahidi bu şərəfin.
+
Dəyişməz bir üzümün şərabını içərsən,
Dadı, gücü, qüdrəti, xeyirxahlığı onun,
Cücərdəcək qanında ölməzlik toxumunu
fransızcadan tərcümə
13-16.11. 2018
Samara