Архив | 09.11.2018

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI İLƏ BAĞLI QEYDLƏR

Səməd_Vurğun

Mən Səməd Vurğunun “Vaqif” pyesini  az qala əlli il qabaq oxumuşdum. Və hamı kimi mən də bu pyesi dram bilirdim, indi oxuyuram, görürəm əməlli-başlı komediyadır.

Heç kim inkar edə bilmiz ki, Səməd Vurğun Azərbaycan dövlətçiliyi tarixində xidmətlər olmuş İbrahim xanı əsil oğraşa çevirmişdir. Onun yanında çox mühüm vəzifə tutmuş Vaqif xanı Vidadi ilə söhbətində “köpək” adlandırır.

“Mən orda olmasam qan çıxar dizə,
O bəzən hirslənib quduran zaman,
Mənəm zəncirini dartıb saxlayan…”.

Molla Pənah Vaqif (“hər oxuyan Molla Pənah olmaz!”) xidmət elədiyi dövlət başçısı haqqında belə danışardımı? Ümumiyyətlə, Vaqif bu tərzdə danışmaq səviyyəsinə enərdimi?

Bundan əvvəl Səməd Vurğun Cavad xana döşəyir. Guya Vidadini saraya, saray şairi olmağa dəvət etməyə Cavad xan tərəfindən göndərilən adamları Vidadi qovur.

Sual çıxır: Cavad xan Vidadini neynirdi? Vidadi Gəncədə ağsaqqal vaxtında nə yazacaqdı? Yenə “Durnalar” şeirini?

Yox, məsələ ayrıdır!

“Sizi vəzirliyə dəvət edir xan”.

Yəni nazirliyə.

Mədəniyyət naziri olmağa?

Vidadi qəbul etmir:

“Məndən nə şah olar, nə də xan olar”.

Necə yəni şah ya xan? Guya Cavad xan öz yerini Vidadiyə verəcəkdi? Yəni bu uyğunsuzluqlar, bu hoqqalar, əlbəttə, gülüş doğurmaq üçün yazılıb, ancaq millət nədənsə səksən ildir ki, bu cəfəngiyatı eşitdikcə “dərin fikirlərə qərq olur” (yazıq…). Читать далее

POL VERLEN XİLASKARA SONETLƏR. I

verlain-19

Mon Dieu m’a dit : Mon fils, il faut m’aimer

 

Tanrım söylədi: “Oğlum, gərək sevəsən məni,

Görürsən, böyrüm deşik, ürəyim qan ağlayır.

Madlenin göz yaşıyla yuyulan ayaqlarım,
Əllərim əzab çəkir günahlarından sənin

 

Çəkildiyim çarmıxı görürsən önündə sən,

Mismar, sirkə və süngər; onlar sənə deyir, bax,
Bədən hökm sürdüyü dünyada  mənim, ancaq

Bədənimi, qanımı, sözümü sevməlisən.

 

Mən özüm ölənəcən səni sevməmişəmmi,

Ey Atabir qardaşım, Ruhi bir övlad mənə,
Əzab çəkməmişəmmi yazılan kimi eynən?

 

Məni də sıxmamışmı gecələrinin qəmi,

Sənin ali qüssənə tökməmişəmmi mən yaş,

Məni gəzib axtaran ürəyi yaslı qardaş?”

 

Fransızcadan tərcümə

07/11. 2018

Samara