
A une femme
Xəyal gülən, ağlayan iri gözlərinizin
Ruha məlhəminədir mənim bu misralarım.
İçərimi sarsıdan qüssədən yaranıblar,
Təmiz ürəyinizə töhfədir onlar sizin.
Əfsus! İzləməkdədir məni qorxulu kaşmar,
Daha divanə, qısqanc, daha da çılğınam mən,
Canavar sürüsüdür sanki dalımca gələn,
Taleyimi didirlər, taleyimdən qan axar.
Mənim iztirablarım, ah, elə dəhşətlidir
Ki, cənnətdən qovulan o birinci insanın
Naləsi mənimkinin yanında xoş nəğmədir.
Sizin qəlbinizdəki qayğılarsa, inanın,
Səmada pərvazlanan göyərçinlərə bənzər,
Sentyabrda, gülüm, elə ki hava qızar.
Fransızcadan tərcümə
20-21. 11. 18
Samara