POL VERLEN. OĞLUM ÖLDÜ

verlain-19

Mon fils est mort

Oğlum öldü. İlahi, qanununa heyranam. –

Gözümdən axan yaşı sayın yalan şəhadət.

Bərkidirsiniz yəqin cəzayla siz inamı,

Beləcə bir varlığa zəifləriyr məhəbbət.

+

Sizin cəzanız ağır. Əfsus ki, oğlum öldü,
Siz onu vermişdiniz, ixtiyar sizin ancaq,
Yorulmuş ayaqlarım bələdçi diləyəndə,

Bu çətin dar cığırda, onu əlimdən almaq.

+

Siz onu vermişdiniz, aldınız onu siz də,
Əfsus, cəlalınızı unutdum indiyəcən.
Sevgidən üzülənə yetişən xəzinələr,

Üstündür ömür boyu Əkrəmin verdiyindən.

+

Siz onu vermişdiniz, qaytarıram sizə mən

Məhəbbət, səmimilik, sevgi cövhəri tək saf,

Ona görə də, Cabbar, rəhm et zəifliklə sən

Qəlbini sınadığın insana, qadir Allah.

Qoyun ağlayım, xeyir-dualar da deyim həm,

Seçilmişə; yəqin ki, onun dualarıyla,
İstərsiz yaxınlaşa o an ki, dönə  biləm,
Ölümümdən sonra mən ona, ya həzrət İsa.

Fransızcadan tərcümə

22-23. 11. 2018

Samara