Mon fils est mort
Oğlum öldü. İlahi, qanununa heyranam. –
Gözümdən axan yaşı sayın yalan şəhadət.
Bərkidirsiniz yəqin cəzayla siz inamı,
Beləcə bir varlığa zəifləriyr məhəbbət.
Sizin cəzanız ağır. Əfsus ki, oğlum öldü,
Siz onu vermişdiniz, ixtiyar sizin ancaq,
Yorulmuş ayaqlarım bələdçi diləyəndə,
Bu çətin dar cığırda, onu əlimdən almaq.
Siz onu vermişdiniz, aldınız onu siz də,
Əfsus, cəlalınızı unutdum indiyəcən.
Sevgidən üzülənə yetişən xəzinələr,
Üstündür ömür boyu Əkrəmin verdiyindən.
Siz onu vermişdiniz, qaytarıram sizə mən
Məhəbbət, səmimilik, sevgi gövhəri tək, saf,
Ona görə də, Cabbar, rəhm et zəifliklə sən
Qəlbini sınadığın insanı, qadir Allah.
Qoyun ağlayım, xeyir-dualar da deyim həm,
Seçilmişə; yəqin ki, onun dualarıyla,
İstərsiz yaxınlaşa o an ki, dönə biləm,
Ölümümdən sonra mən ona, ya həzrət İsa.
Fransızcadan tərcümə
22-23. 11. 2018
Samara