SAŞA ÇORNI. FACİƏ

Saşa_Çornı

Саша Черный

Трагедия

 

O gərək hamamda kassir olaydı,

Şpal tədarükü agenti ya da.

Tale gözlənilməz oyun oynadı,

Semyon Bubnov qalxdı redaktorluğa.

 

 

Nəhəng masa. Qələm, kağız bir qalaq,

Qaşını dartaraq Bubnov əyləşib.

Çox bilik, cəsarət  istəmir ancaq

Desin ki: “Bu gedər!” “Bu nədir, əşşi!”

 

 

 

İlk dəfə gələnsə — yarılayacaq,

Kim ikinci dəfə — dörddə, üçdə bir.

Üçüncü dəfədə — gətir içalat,

Yığmağa göndərər, baxmaz heç nədir!

 

 

Jurnal papuası otuz iləcən,
Sözü, fikri, dadı doğradı, böldü.

Bir gün kvas içib gözü doyunca,
Flyus tək köpərək çeçəyib öldü.

 

 

 

Yaxşı nekroloqlar yazıldı, amma,
Dilinə gətirən olmadı bunu:

Kassir işləsəydi əgər hamamda,
Faydası daha çox olardı onun.

 

1912

Ruscadan tərcümə

29.03.2019, Samara

 

 

Трагедия

(К вопросу о «кризисе современной русской литературы»)

 

 

Рожденный быть кассиром в тихой бане

Иль агентом по заготовке шпал,

Семен Бубнов вне всяких ожиданий

Игрой судьбы в редакторы попал. Читать далее

Реклама