İOSİF BRODSKİ. MƏHƏBBƏT

BRODSKI

       ЛЮБОВЬ

Bu gecə ayıldım mən iki dəfə.
Pəncərəmə işıq salan fənərlər,
Yuxuda haçansa sanki deyilən,

Sözü çoxnöqtə tək endirib heçə,

Mənə heç təsəlli gətirmirdilər.

 

 

Sənsə hamiləydin yuxumda, ayrı
Yaşayıb səninlə haçandan bəri,
Mən öz günahımı duydum, əllərim,
Qarnını sevinclə sığallayırdı,
Əslinə qalanda şalvarı gəzir

 

 

Və işıqaçarı. Yadıma indi
Düşürdü səni tək qoyub gedirdim,

Zülmətdə, yuxuda,  səbrlə sən də,
Gözlərdin, məzəmmət, qınaq demirdin,

Qəsdli fasilədən sonra yenidən

 

Yanına dönəndə. İşıqda çünki

Kəsilən, zülmətdə uzanıb gedir
Orda biz nikahlı, evliyik, iki
dallı əcayibik, bəraətidir
uşaqlarsa eyşin aramızdakı.

 

 

Haçansa, gələcək gecənin biri

Yenə də gələrsən, üzülmüş, arıq.

Mən də ki, ya oğul ya qız görərəm,

Hələ adları yox, işıqaçarı,

Onda axtarmaram, əlimi geri

 

Çəkmərəm bir daha, yox haqqım atam

Mən sizi kölgələr səltənətində

Günlərdən yaranan çəpər önündə,

Durub gerçəklikdən asılılıqda —

Yetişməz bir xəbər ordasa məndən.

 

Ruscadan tərcümə

29-30.2019

Samara

 

 

ЛЮБОВЬ

Я дважды пробуждался этой ночью
и брел к окну, и фонари в окне,
обрывок фразы, сказанной во сне,
сводя на нет, подобно многоточью
не приносили утешенья мне. Читать далее

Реклама