Нищий
Müqəddəs monastır qapılarında,
Sədəqə diləyən büküb boynunu.
Quruyub-qurtarıb, yarıcanlıdır,
Məşəqqət və aclıq sarsıdıb onu.
Onun istədiyi bir tikə çörək,
İztirab oxunur baxışlarından.
Uzanan əlinə kimsə gələrək,
Bir daş parçasını qoyur bu zaman.
Beləcə dilərdim sənin eşqini,
Qüssədən ölərdim, yaş axıdardım.
Beləcə aldatdın sən həmişəlik,
Ürəyimdə təmiz, yaxşı nə vardı.
1830
Ruscadan tərcümə
20.04. 2019, Samara
Михаил Лермонтов
Нищий
У врат обители святой
Стоял просящий подаянья
Бедняк иссохший, чуть живой
От глада, жажды и страданья. Читать далее