Архив | 16.06.2019

SERGEY YESENİN. QAFQZADA

Yesenin_Sergey

НА КАВКАЗЕ

Bizim rus Parnası elə qədimdən,
Naməlum ölkələr özünə çəkdi.

Qafqaz, müəmmalı dumanın hərçənd,
İlham oyatmaqda bəlkə də təkdir.

+

Puşkin duyğularla burda yananda,

Bəlalı ruhundan süzülüb gəlib:
“Gözəl qız, oxuma mənim yanımda,
Qəmli Gürcüstanın nəğmələrini”.

+

Lermontov qüssəylə olarkən girinc,

Açdı Əzəmətin macərasını.
Kazbiçin atına verirdi bu gənc,

Qızıl əvəzinə öz bacısını.

+

Səbəb üzündəki qüssə və kinmi
Qaynar sarı çaylar oldu qisməti?

O, bir şair kimi və zabit kimi

Dostun gülləsiylə susdu əbədi.

+

Burda basdırılıb Qriboyedov,
Bizdən fars toranı onu bac aldı.

Yatır böyük dağın yamacında o,
Zurnanın və tarın nalısi altda.

+

Özüm də bilmirəm hansı səbəbdən,

Axır mənzilinə  gəlmişəm bu gün.
Əziz cənazəyə yaş axıdım mən mən,
Öz ölüm anımı ya da düşünüm?

+

Mənimçin eynidir! O gedənləri,
Böyükləri indi düşünürəm mən.

Vəhşi çaylarının, vadilərinin,
Səsiydi onların ruhuna məlhəm.

+

Bura qaçırdılar düşmən əlindən,
Onlar dost əlindən qaçırdılar da,

Ki, addım səsləri tək eşidilə,

Kar düzlər görünə bir də ki, dağdan.

+

Elə həmin şərdən mən də qurtulub,
Qaçdım, bohemayla vidalaşaraq.

Mənim içərimdə epik mövzulu,
Şair yetişmişdi belə ki, artıq.

+

Şeirdə mənə xoş Rusiya odu,
Mayakoski var, başqaları var.

Baş ştabs-rəngsazı onların odur,
Mosselprom haqda yazar, oxuyar.

+

Klyuyev, Ladoqa dyaçoku da,
Sırıqlıdır onun şeiri elə bil.

Dünən bir şeirini əzbər oxudum,
Eşidib qəfəsdə gəbərdi bülbül.

+

Saymağa heç dəyməz qalanlarını,
Soyuq günəş altda yetişir onlar.

Kağızı götürüb qaralayalar –

Vallah, bacarmır heç bu işi onlar.

+

Qafqaz, bağışla ki, onlardan belə,
Qeyri-ixtiyari sənə söz açdım.

Mənim rus şeirimi sən öyrət elə,

Zoğal şirəsi tək süzülüb axsın.

+

Yenə Moskvaya qayıdan zaman,
Yaradım elə bir gözəl poema.

Gərəksiz qüssəni unudum tamam,
Yadıma düşməsin bir də bohema.

+

Və doğma ölkəmdə vida anımda,

Bircə bunları mən söyləyə bilim:

 “Gözəl qız, oxuma mənim yanımda,
Gürcüstanın qəmli nəğmələrini”.

1924

Ruscadan tərcümə

13-14.06. 19

Samara

Издревле русский наш Парнас
Тянуло к незнакомым странам,
И больше всех лишь ты, Кавказ,
Звенел загадочным туманом Читать далее