Архив | 01.04.2021

DÖYÜŞ VAXTI QANTURALINI TANIMAYIB SELCANIN ONA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

 

Minib qarayallı Qazlıq atı sən,
İgid, nə durmusan, sən nə igidsən?

Qəfildən yetişib başları kəsən,
İzinsiz yağıma girən, de kimsən?

Bizim elimizdə qayda ayrıdır,
İznsiz döyüşə girmək ayıbdir!

Dönüb qızılquşa uçummu indi,
Başını kəsimmi qılınc endirib?

Axıdımmı yerə alca qanını,
Asımmı başını atın dalına?

Kimsən, nə igidsən, əcəlin çatıb,
Gec deyil nə qədər, geri dön, qayııt!

 

Sonra dedi:

Hey igidim, bəy igidim!
Dönüb köşəyindən dəvə gedərmi,

Atlar qulununu yıxıb didərmi?

Bezərmi qoyunlar quzularından?

İgid adlanarmı yarına qıyan?

Bir ucu mənimdir yağının, igid,
Bir ucu da sənin, qılınc çal indi!

 

31.03-01.04, 2021, Samara

SELCANIN YATMIŞ QANTURALIYA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Yatma, igid,  qara başını qaldır,
Ala gözlərinlə gör bu nə haldır.

Hələ qollarını bağlamayıblar,
Hələ dirənməyib ağ alnın yerə,
Başını kəsməyib “uf” deyilmədən,
Yerə dağılmayıb al qanın nə də.

Yağı yaxındadır, çatar indicə,

Oyan, dur, hazır ol döyüşə tezcə.

Qayalar oynamır, ovuldu yersə,
Qoca bəylər sağdır, dağılıb elsə.

Qatı sıralarla enərək dağı,

İndicə üstünə yeriyər yağı.

Vaxtmı, yermi tapdın, igid, yatmağa?
Sənə nə olubdur, tez dur ayağa!

30. 03. 2021, Samara