Архив | 04.04.2021

SELCANIN DA QANTURALIYA ONU SINADIĞINI DEDİYİ

(Qanlı qoca oğlu Qanturalı boyu)

Oyanıb durardım, igid, yerimdən,
Qarayallı Qazlıq atı minərdim.

Çıxardım atamın ağban evindən,
Qalxıb Ala dağa ov eləyərdim.

Əlvan quş qovarıdım, sığın qovardım,

Bircə ox atmaqla hədəf vurardım,

Ucluqsuz oxumla səni sınardım,
İgidim, mən sənə məgər qıyardım?

03. 04. 2021, Samara

BARIŞANDAN SONRA QANTURALININ SELCANA DEDİYİ

(Qanlı qoca oğlu Qanturalı boyu)

Ulduz tək sayrışan incə donlu yar,

Gedəndə yergörməz ayaqların var,
Qar üstdə qan kimi yanaqların al,
Qoşa badam sığmaz, ağzın elə dar!

Qara qaşlarını çəkib qələmçi
Hörəndə qırx tutam qapqara saçın!

Sən sultan qızısan, şir nəsillisən,
Səni öldürməyə qıyardımmı mən?

Özümə qıyaram, sənə qıymaram,
Səni sınayırdım, sarı don yarım!

02. 04. 2021, Samara