Yox, məddah deyiləm, çara mən əgər,
Tərif qoşuramsa sərbəst, səmimi,
Cürətlə açıram mən öz qəlbimi,
Nə desəm, nə yazsam, ürəkdən gələr.
—
Sevmişəm mən onu həqiqətən də,
Şərəfli, çapıqdır idarəsində.
Canlandı Rusiya onunla birdən,
Hərb ilə, ümidlə, əməklə həm də.
—
Yox, yox, qaynasa da cavanlıq qanı,
O, dövlət ruhludur, deyil o qəddar :
Kimi ki, açıqda cəzalandırar,
Rəhm edər xəlvətdə, bağışlar onu.
—
Keçirdi sürgündə mənim həyatım,
Ayrı salınmışdım əzizlərimdən.
O sultan əlini uzatdı birdən —
Sizin yanınıza yenə qayıtdım.
—
Mənim ilhamıma göstərib hörmət,
Çıxardı fikrimi o, azadlığa.
Duyaraq qəlbimdə səmimi riqqət,
Nyə ona tərif deməyim axı?
—
Məddah məkrlidir, məddah hər zaman,
Çara qara gün də qarğıya bilər.
O, çarın hüdudsuz hüquqlarından,
Təkcə mərhəmətə etiraz elər.
—
O deyər: sən nifrət xalqına bəslə,
Batsın təbiətin qoy incə səsi.
Deyər: maarifdən xalqa nə gələ —
Föhşdür və bir də qiyam həvəsi.
—
Yazıq o ölkə ki, saraya təkcə,
Kölə və məddahın yaxınlığı var,
Göylərin seçdiyi sənətkar isə,
Yerə gözlərini zilləyib susar.
1828
ruscadan tərcümə
02.01. 2022, Samara
==============
Александр ПУШКИН
Друзьям
Нет, я не льстец, когда царю
Хвалу свободную слагаю:
Я смело чувства выражаю,
Языком сердца говорю. Читать далее
