Архив | 05.01.2022

ALEKSANDR PUŞKİN. “YAXŞI YADIMDADIR MÖCÜZƏLİ AN…”

Yaxşı yadımdadır möcüzəli an:

Səni necə gördüm önümdə birdən

Göründün, çəkildin baxışlarımdan,
Təmiz gözəlliyin dühası tək sən

—

Ümidsiz kədərdən qəlb üzülərkən,

Qayğılar həyəcan doğursa əgər,

Eşidirdim o xoş, incə səsi mən,
Yuxuma girirdi əziz cizgilər.

—

Quduz fırtınalar illər ötüncə,
Keçmiş arzuları sovurdu qəlbdən.
Unutdum səsini – mülayim, incə,

Unutdum səmavi çöhrəni də mən.

—

Zindan zülmətində, yabanı yerdə,
Sakit ötüşürdü gün dalınca gün,
Nə İlahim vardı, ilhamım nə də,
Yox həyat, yox sevgi, göz yaşı, hüzn.

—

 Və sanki yuxudan oyandı ürək:

Yenə də  göründün önümdə birdən,

Göründün bir anda itən xəyal tək,

Təmiz gözəlliyin dühası tək sən.

—

Və qəlbim riqqətlə döyünür yenə,
Və ruhum yenə də Tanrını duyar.

Və coşqun ilhamım qayıdır mənə,
Və həyat, sevgi var, göz yaşı da var.

1825

ruscadan tərcümə

04-05. 02. 2022, Samara

==================

Александр ПУШКИН

К***

Я помню чудное мгновенье:
Передо мной явилась ты,
Как мимолетное виденье,
Как гений чистой красоты. Читать далее →