Çıxma otaqdan çölə yol verib səhvə birdən,
Günəş nəyinə gərək, əgər Şipka çəkirsən?
Çöldə hər şey mənasız, şənlik səsi xüsusən.
Ayaqyoluna ancaq get və tez də qayıt sən.
—
Ah, çıxma otağından, çağırma sən taksi də,
Çünki yaradılıbdır bütün fəza dəhlizdən,
Sayğacla yetir sona. Birdən bir mamlımatan,
Gələrsə əsnəyərək, qov getsin soyunmadan.
—
Çıxma otaqdan, düşün yanırsan qızdırmadan.
Dünyada nə maraqlı stuldan və divardan?
Burdan niyə gedəsən, axşam dönməlisənsə
Həminki tək, üstəlik bəlkə də döyüləsən.
—
Yox, çıxma otağından! Radionu aç, oyna,
Çəkmələri yalın gey, palto gey lüt əyninə.
Dəhlizdə kələm iyi, kirşə yağının iyi,
Çox hərf yazdın, artıq olacaq daha biri.
—
Çıxma çölə otaqdan. Sənin görkəmini qoy,
Görsün otağın ancaq. Bir sözlə, inkoqnito
erqo sum – necə maddə hirslə dedi formaya.
Çıxma çölə otaqdan! Çöl Fransa deyil ha!
—
Gic olma! Ol başqalar ola bilmədiyi tək.
Çıxma otaqdan! Yəni mebeldən gözünü çək,
Dön divar kağızına. Qapan, barrikadalan,
xronosdan, erosdan, və virusdan daldalan.
1970
ruscadan tərcümə
Qeyd: “inkoqnito erqo sum” – “naməlumamsa, mövcudam”.
Brodski Rene Dekartın “Cogito, ergo sum” (Düşünürəm, deməli mövcudam”)
tezisində bir sözü dəyişib.
22.01. 2022, Samara
==================
Иосиф Бродский
Не выходи из комнаты, не совершай ошибку.
Зачем тебе Солнце, если ты куришь Шипку?
За дверью бессмысленно все, особенно — возглас счастья.
Только в уборную — и сразу же возвращайся. Читать далее