Exegi monumentum[i]
Ucaltdim özümə mən möcüzə bir abidə
Ona xalq salan cığır ot bitirməz heç zaman.
Əyilməz başıyla o daha da yüksəkdədir,
Aleksandr sütunundan.
—
Yox, tamam ölmərəm mən, rübaba ruhum köçər,
Yaşar, yaşadar məni, çürüməz cəsəd kimi.
Adım yaşar, dünyada bircə şair də əgər,
Yaşayar nə qədər ki.
—
Mənim sözüm-söhbətim dolaşar böyük Rusu,
Adım dinər ondakı dillərin hər birində:
Çöllər dostu kalmıkın, indi vəhşi tunqusun,
Slavyanın, finin də.
—
Mən əziz olacağam zaman keçincə xalqa,
Rübabımla çünki xoş duyğular oyatmışam.
Qəddar əsrdə nəğmə qoşmuşam Azadlığa,
Mərhəmət diləmişəm caniyə qarşı da mən.
—
Qulaq as, ilham pərim, yalnız Tanrı deyənə,
Həmlədən çəkinmədən, çələng tələb etmədən,
Tərifi, həm böhtanı qəbul elə biganə.
Sarsağa baş qoş nə də.
1836
ruscadan tərcümə
03.01. 2022, Samara
================
Александр ПУШКИН
Я памятник себе воздвиг нерукотворный,
К нему не зарастет народная тропа,
Вознесся выше он главою непокорной
Александрийского столпа Читать далее