Varlıya tərif de — səthi, bayağı,
Qılığına girmək istəsən əgər.
Pul da, əziz balam, səthidir axı,
Varlı tərifi də beləcə istər.
—
Yellə buxurdanı ürəklə, səylə,
Görsən qızıl dana surəti harda.
Çirkab içində də ibadət elə,
Ancaq tərifini kəsmə yarıda.
—
Çörək qıt, bahadır bu il deyəsən,
Gözəl sözlərsə çox, havayı həm də.
Təriflə itini metsenatın sən,
Beləcə tox olar həmişə mədə.
almancadan tərcümə
12. 01. 2022, Samara
=================
Heinrich Heine
Lumpenthum.
Die reichen Leute, die gewinnt
Man nur durch platte Schmeichelei’n –
Das Geld ist platt, mein liebes Kind,
Und will auch platt geschmeichelt sein. Читать далее