Архив | 31.08.2022

ZƏLZƏLƏ SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Elə ki, sarsılar zəlzələdən yer,

Bətnindən yükünü elə ki, atar,

İnsan deyər: “Bunu tərpədən nədir?”

O gün yer danışar nə olmuş, nə var.

Vəhyi gələr çünki ona Tanrının.

O gün topa-topa gedər adanlar,

Baxıb görməyə öz əməllərini;

Və zərrə qədər də xeyir iş görən,

Və zərrə qədər də şər iş törədən,

Görər əməlini həmin gün yəqin.

29. 08. 2022, Samara