Архив | 12.08.2022

İNCİL (YƏHYA). “GÜNAHI OLMAYAN İLK DAŞI ATSIN,,,”

2021 лето

 Getdi səhər tezdən məbədə İsa,
Eşidib tez ora axışdı xalqsa.

İsa da yerdəcə əyləşib indi

Məbəddəkilərə öyüd verirdi.

Bu zaman mirzələr və fariseylər,
Məbədə girdilər, özləriyləsə,

Onlar gətirdilər bir qadını da,

Günahkar bilərək onu zinada.

Qadını ortaya onlar çəkərək,
Dedilər: “Müəllim, xalq bilə gərək,

Buna nə deyirsən. Bunun günahı

Ağırdır. Zinaya yol verib axı!

Hökmən daşaqalaq gərək edilə,

Musa qanununun budur tələbi.

İndi sözün nədir?” Bu qayda ilə,
İsanı azdrmaq istəyirdilər.

İsa da əyləşib başı aşağı,
Elə nəsə yazır, cızıb torpağı.

Birdən dikələrək söylədi: “Əgər

Sizdə günahsız kəs varsa bir nəfər,
Qoy elə birinci daşı o atsın”.

Çömbəlib yenidən İsa sonrasa,
Torpağın üstündə yazırdı nəsə.

Duyaraq xəcalət, vicdan ağrısı,
Böyükdən kiçiyə qədər hamısı,
Tələsik tərk edib məbədi getdi,
Tək qalmışdı İsa qadınla indi.

Təzədən başını qaldıran zaman,

İsa gördü təkcə qadındır qalan.

Dedi: “hakimlərin hara getdi bəs?

Səni mühakimə etmədi heç kəs?”

Qadınsa söylədi: “Heç kəs, İlahi!”

İsa ona dedi: “Get və bir daha,
Günah etmə. Amma gərək biləsən:

Səni mühakimə eləmirəm mən.

12.08. 2022, Samara