PREZİDENT FƏRMANIYLA GENERALLANANLARIN ÇOXU GENERALLIĞA O DÖRD YAŞLI UŞAQDAN ARTIQ LAYİQ DEYL…

İlham Əliyevin Qarabağ səfərlərindən çəkilən şəkillər və videolar  sürrealist filmlərdən kadrlara bənzəyir. Cıdır düzündə arvadıyla çay içir — ətrafda bir insan yoxdur, elə bil bu çay dəsgahı göydən nazil olub. İlham əliyev ailəsiylə məscidə girir – məsciddə heç kim yoxdur, molla da yoxdur. Axı məsciddə molla olmalıdır! Bəlkə onu da it kimi qovublar?

Xudayar bəy mərhum dostu, indi dul arvadını alıb var-ryxuna sahib olmaq istədiyi Heydərbəydən nitq deyir və guyahətta ağlayır da. Mirzə Cəlil yaır ki, diqqətlə baxan görərdi ki, Xudayar katdanın gözləru qupqurudur… İstəyirsiniz vurun, doğrayın. kəsin – İlham Əlieyin müsəlmanlığına inanmaq olmur! Əgər bunlar belə müsəlmandırsa, niyə hamıyla birgə namaza durmurlar?

Və İlham Əliyev hara gəlirsə, adamlar elə bil yerin deşiyinə girirlər. Ya da beş-altı qalstuklu, yekəqarın kişi, ənlikli-kirşanlı arvad – ictimaiyyətin nümayəndələri olur. Arvadlar İlham Əliyevin yanında elə ehtiraslanırlar ki, onun dəmir yumruğunu ağızılarına almaq istəyirlər. Birini İnteretdə gördüm, prezidentlə süpürləşirdi…

Əlbəttə, bu xalq Əliyevə, xüsusən onun ailəsinə yaraşmır. İham Əliyev gərək Böyk Britaniya kimi ölkənin kralı olaydı, bir şəhərə gələndə də başına ingilislər yığılaydı. Şekspirdən, Bayrondan  danışaydılar. Azərbaycanlı ilə nə danışasan? Ağzını açan kimi deyəcək «dolana bilmirəm». İngilis acından ölsə də deməz ki, dolana bilmir…

Ancaq prezident, onun ailəsi xalqdan nə qədər iyrənsə də, onun səfərlərini elə təşkil etmək lazımdır ki, uzaqda da olsa, adamlar görünsünlər… Aktyorları bəzəyib onunla gəzdirmək olar. Özümüzkülərin ləyaqəti yoxdursa, gürcü aktyorlarını dəvət etmək olar…

İndi də bu dörd yaşlı general-leytenant!

Bu uşaq hardan çıxıb? Şuşada uşaq hardandır? Bunun atası yoxdur? Deyək ki, atası yoxdur, İsa kimi ilahi ruhdan əmələ gəlib, bəs axıı bunun anası olmalıdır. Hardadır bu ana? Necə gedib çıxıb bu arvad Şuşaya? General paltarını dörd yaşlı uşaqlara Şuşada tikirlər?

Mən bu dörd yaşlı generalla görüşün ssenarisini yazmış soydaşımın gözünün içinə baxmaq istərdim. Əlbəttə, çoxları bu adamın gözünün içinə tüpürmək istərdilər. Mən – yox. Ancaq baxmaq. Sonra dönüb getmək. Və Azərbaycan adlı dövlətin, azərbaycanlı millətinin olduğunu unutmaq…

Çünki bu uşaq genaral, bu görüş xəcalətdir.

Ancaq bu uşağın generallığında dərin simvolizm var. Yəni bu, general adının, rütbəsinin necə ucuzlaşdığını göstərir. Həmyerlilər, bacanaqlar, yeznələr, kürəkənlər, oynaşlar – hamısı general olur. Kiçik bir ölkədə generalların say-hesabı yoxdur. Vətən müharibəsində birinin burnu qanamayıb.

Ruslar Napoleonla mharibəyə Vətən müharibəsi deyirlər. Təkcə Borodino döyüşündə dörd rus generalı ölüb. İkisi —  Tuçkov qardaşlarıdır. Ataları da general olub. Beş olğunun beşi də general rütbəsiтə yüksəlib. Dördü Vətən müharibəsində iştirak edib.

Napoleon Borodino döyüşündə 25 generalını itirib.

Rus dvoryanlığı, ölkənin imtiyazlı sinfi müharibələrdə bu imtiyazın haqqını qanı ilə ödəyib. Azərbaycanda bütün sərvətlərə sahib olan, hətta dənizi hasarlaamış ailə və ailələrdən bir döyüşçü də çıxmayıb.

18-19 yaşında həyatlarını itirmiş fəhlə-kəndli balalarının qəbirləri üstünə dəmir medallar atırlır. Burnuna barıt qoxusu dəyməmiş harınların çiyninə qızıl poqonlar taxılır…

Uşaqla söhbət…

Uşaq söhbəti…

Uşaq-muşaq söhbəti…

Yəni prezidentin fərmanla general rütbəsi verdyi insanların əksəriyyəti o rütbəyə dörd yaşlı uşaqdan artıq layiq deyil..

Mirzə Əlil

27.1. 2021, Samara

BÖYÜK SABİRDƏN SABİR RÜSTƏMXANLIYA: «QEYRƏTİN OLMUR-OLMASIN…»

İlham Əliyevin 60 yaşı tamam oldu və onu həqiqətən sevənlərlə bərabər güzəranını, xoş gününü, mövqeyini, vəzifəsini, gələcəyini Əliyevdən asılı bilən hər kəs onu təbrik edir. Sevənlər qalsın, bu asılılar saysızdır. Hər brinin təbriki gedir Adminstrasiyaya, orda yəqin bir yerə toplayırlar, sonra bəlkə kitaba salacaqlar, prezident də, əlbəttə, başını ağrıdıb onları oxuyan deyil.  Ancaq təbrik göndərənlərin hər biri istəyir ki, cənab Əliyev onun təbrikindən xəbər tutsun. Bəlkə bir il hazırlaşıb, bəlkə iki-üç il. Gecələr yatmayıb, yediyi boğazından keçməyib, bəlkə hətta stressdən  müvəqqəti  ya birdəfəlik kişiliyini itirənlər olub. Hər biri başqalarının ağlına gəlməyən bir təbrik, bir alqış, bir arzu kəşf etməyə çalışıb.

Sabir Rüstəmxanlı kəşf edib. Deyib ki, İlham Əliyev gərək Azərbaycan kimi xırda bir ölkəni yox, Hindistanı idarə edə.

Yəni Sabir Rüstəmxanlı demək istəyir ki, İlham Əliyev – Messidir, gəlib Keşlə komandasında oynayır…

Bu Sabir Rüstəmxanlının abrı-həyası yoxdr. Onun adını eşidəndə əsl Sabirin “Olmur – olmasın” şeiri yadıma düşür. Ata ilə oğulun deyişməsi. Yəni “qeyrətin olmur –olmasın”. Yəni Sabir Rüstəmxanlı elə bil ki, ailə tərbiyəsi əvəzinə valideynindən belə tövsiylər alıb: Əyil, sürün, tərif de, yala, sabunlu-sabunsuz gir – “qeyrətin olmur-olmasın…”

Hindistan…

Hidistan ölkə deyil, siilizasiyasır, ən qədim, zəngin sizulizasiyalardan biri…

Böyük Britaniyanin tərkbindən çıxandan dünyanın ən böyük demokratiyasına çevrilir. Aşağı palatası iki ildn bir təzələnən, hökuməti tam nəzarətində saxlayan parlamenti, anqlo-sakson məhkəmə sistemi var. Mətbuat üzərində dövlət monopoliyası və nəzarəti yoxdur. Yerli özünüidarəetmə hələ iyirminc əsrin əvvəllərində yaranıb. 1933-cü idə pançayatlar azad, birbaşa seçkilərlə formalaşır. 28 federal ştatdan hər birinin azad seçkilərlə formalaşan qanunvericilik orqanı var,

Belə dövlətin başında azərbaycanlını təsəvvür edirsiniz?

Bir ayın içində Hindistan olar zoğal dəyənəkli Xudayar bəyin rəhbərlik etdiyi böyük bir Danabaş.

Bir ayın içində azad mətbuatın işi iflic olar, qəzetlər, televiziya kanalları maliyyəsiz qalıb bağlanar, qalanlarını hökumət özünə tabe edər ya da hampazorluqla  bağlayar.

Ştatların özünüidarəsi bir aya məhv olar, ştatlara Azərbaycanda olduğu kimi ofisinantlar, mal oğruları, Sədərək banditləri, prokuror qardaşları, hakim bacanaqları, gömrük qudaları rəhbər təyin olunarlar.

Partiyalar darmadağı edilər, ölkə əhalisinin yarıdan çoxu “antimilli ünsür” elan olunar…

Hindistan yüksək elektron avadanlığı, kosmik texnika, dərmanlar, avtomobillər istehsalı əvəzinə Belarus traktorları istehsal edər… Bütün iqtisadiyyat da bir neçə ailənin əlində…

Ölkənin mədəniyyəti də altı aya- bir ilə tənəzzüklə uğrayar, Rabindranat Taqor kimi yazıçıların əvəzinə Sabir Rüstəmxanlı kimi götöpənlər meydana çıxar.

Hind okeanının sahillərini prezidentin qudurtduğu adamlar hasara alarlar…

Və tezliklə Hindistanın axırı çatar…

Sabir Rüstəmxanlı kimi barbarlar öz güzəranı xətrinə  nəinki Hindistanı, hətta dünyanın qalan yarısnı da məhv etməyə hazırdırlar. Keşlə miqyaslı, Keşlə təfəkkürlü arvadlar və kişilər o qədər harınlayıblar, o qədər qızışıblar ki, Hindistana rəhbər təyin edirlər…“Yaxşı ki, Allah dəvəyə qanad verməyib” məsəli burda yerindədir… Hərçənd bu «qanadsız dəvələr»in kiçik ölkəmizin iqtisadiyyatı qalsın, millətin əxlaqına, mənəviyyatına vurduğu ziyan hədsizdir.

Tərtərdə minlərlə hərbçini ermənilərə satılmaqda günahlandrıb öldürüblər, əlil ediblər, həyatlarını korlayıblar.

Millətin şərəfini, ləyaqətini, gələcəyini, ümidini satanlar isə oturublar qondarma parlamentdə, boyunlarını yoğunladırlar… 

“Qeyrətin olmur – olmasın…”

Mirzə Əlil

26.12. 2021, Samara

ANNA AXMATOVA. KAFKAYA BƏNZƏTMƏ

Özgələr aparır sevgililəri, —

Həsədlə baxmıram dallarınca mən.

Az qalıb ki yarım əsrdən bəri,
Təkcə müttəhimlər kürsüsündəyəm.

Bütün həndəvərdə basırıq, dava,
Gəlir ürəkvuran mürəkkəb iyi.

Bunu uydurubdur beləcə Kafka,
Çıxarıb tərzini sonra da Çarli.

Və həmin önəmli çəkişmələrdə,
Elə bil bərk yuxu məngənəsində

Andlı münsiflərin hər üç nəsli də,

Qərara gəldi ki, günah məndədir.

—

Dəyişir konvoyda üzlər anbaan,
İnfarktdır altıncı prokuror indi…
Hardasa göy üzü elə bu zaman,
İsti şiddətindən qaralıb gedir.

Cazibə dolu yay gəzir yenidən,
Elə həmin çayın qırağındaca…

Nədənsə bəxtəvər “hardasa”nı mən,
Təsəvvür eləyə bilmirəm ancaq.

Üzüldü sırıqlı, dağıldı əynim,

Uca qarğışlardan az qala karam,
Bütün planetdə doğrudan yəni
Hamıdan, hamıdan mən günahkaram?

1960

ruscadan tərcümə

23.12. 2021, Samara

=================

Подражание Кафке

Другие уводят любимых, —
Я с завистью вслед не гляжу, —
Одна на скамье подсудимых
Я скоро полвека сижу.
Вокруг пререканья и давка
И приторный запах чернил.
Такое придумывал Кафка
И Чарли изобразил.
И в тех пререканиях важных,
Как в цепких объятиях сна,
Все три поколенья присяжных
Решили: виновна она. Читать далее →

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-12

Altımışa çatdı yaşım,
Oğlan kimi canım var.

Mənə daha altımış il,

Millətim yaş arzular.

—

Altımış il, daha artıq,

Xalq deyir  bizi hərlə.

Sən olmasan qırılarıq,
Ölkə məhv olar hələ.

         Ey! Uf!

Hər vətəndaş öz evində,
Altımış şam yandırıb.

Yeyir-içir Rüstəmli də,

Aclığı dayandırıb.

—

Məktub aldım Yaqubludan,

Yazır: “Yaşın mübarək.
Dəmir yumruğuna heyran —

Gözüm üstə vur görək!”

            Ey! Uf!

Tort bişirir yenə Eldar,
Düz altımış metrlik.

Mİlləti yeyər, qarnı doyar,
Yaranar həm də birlik.

—

Təbrik elər bu gün-səhər,

Yəqin məni İrəvan,

Soruşaram eləməsə:

“Bəs nə oldu, Paşinyan?!”

    Ey! Uf!

Zəng eləmir mənə hələ.
Sülhməramlı general,
Plan cızır Araiklə,

Əleyhimə qırışmal!

—

Mat qalmışam mən bu hala,

Bu nə hoqqa, nə  oyun?

Fransızlar uruslarla,
Xankəndidə qol-boyun!

  Ey! Uf!

Mİrzə Əlil

23.12. 2021, Samara

YENƏ QIŞQIRIRDI ANAM YUXUMDA…

Yenə qışqırırdı yuxumda məməm,
Deyirdi: “Hardasan, gəl, ay Süleyman!”

Harayı gəlirdi mal yatağından,

Qaçdım başılovlu, qaranəfəs mən.

—

Aşıb süd vedrəsi, yerdə ağartı.

Sarsıldım süd üstdə qanı da görcək.

Alıb buynuzuna dəlisov inək,
İndicə çırpacaq yerə arvadı…

—

Diksinib ayıldım, məməmin səsi,

Getmirdi hələ də qulaqlarımdan.
Yerə süd dağılıb, süd üstündə qan,
Yandırır içimi ana tənəsi.

—

Sağ ikən məni də çağırıb anam,

Buynuza sancılıb hərlənən zaman.
Süd yerə calanıb, südə axıb qan,

Haray eşitsəm də, ayılmamışam.

—

Qışqırır, qışqırır məməm yuxumda,

Diksinib dururam, ağlayıram da.

O südü torpağa mənəm caladan,
O qanı süd üstə mənəm axıdan…

18.12. 2021, Samara

LÜDVİQ VAN BETHOVEN

Qaçaraq dünyanın tamahlarından,
Mömin monastıra çəkilər necə,
Fitnəli səslərdən o böyük alman,
Karlıqda sığıncaq tapdı eləcə.

—

Susdu yavaş-yavaş o vaxtdan bəri,
Dünyanın səsləri – xaric, bayağı.

Göylərdən gələndi eşitdikləri

İndi, Tanrıdaydı onun qulağı.

—

Dünyanın hayküyü susan, çəkilən,
Səslər cənnətiydi elə bil yeri.

Adəm tək azdırıb qovdura bilən,
Səslərin dinmirdi burda heç biri,

10.12. 2021, Samara

BAYRON: “SƏADƏT ÜMİDDƏİR – BELƏ DEYİRLƏR ONLAR…”

I

Səadət – Ümiddədir, Onlar deyirlər belə,

Ancaq keçmişə qiymət verə gərək əsl Eşq.

Oyadır alqış dolu fikirləri xatirə,

Onlardır ilk oyanan, onlarla itər hər şey.

II

İndi Xatirə üçün əziz olan nə varsa,
Bir zamanlar yeganə bizim Ümidimizdi.

Əzizlənən, süslənən, itirilən sonrasa

Ümid əridi getdi, Xatirədədir indi.

III

Yanlış imiş bu tamam, əfsus,, anladıq artıq,

Uzaqlardan  aldadır daim bizi Gələcək.

Xatırladığımız tək olmağı bacarmırıq,

İndi kimik və nəyik – cürət çatmır düşünək.

ingiliscədən tərcümə

09.12. 2021, Samara

George Byron

I.

THEY say that Hope is happiness;

  But genuine Love must prize the past,

And Memory wakes the thoughts that bless:

  They rose the first—they set the last; Читать далее →

CORC BAYRON.“ƏLVİDA! HAÇANSA QALXSA GÖYLƏRƏ…”

Əlvida! Haçansa qalxsa göylərə,

Başqa bir insana edilən dua,
Onda mənimki də ucalar elə,

Səmanı adlayar adınla hətta.

Danışmaq, ah çəkib ağlamaq hədər:

Günhakar gözlərdən axıb tökülən,

Qanlı göz yaşından çox deyə bilər,
“Əlvida”, “Əlvida!” – hüznlü kəlmə.

—

Bu gözlər quruyub, dodaqlarsa lal,

Mənim beynimdə və sinəmdə ancaq,
İndi ağır vicdan əzabları var,
Onlar nə keçəcək, nə də susacaq.

Meylim, cürətim yox şikayət edəm,

Qəm, ehtiras qiyam qaldırırsa da.

Eşqimiz puç imiş, bunu bilirəm,

Qalan bircə kəmə sözdür: “Əlvida!”

ingiliscədən tərcümə

08.12. 2021, Samara

==================

GEORGE BYRON

Farewell! if ever fondest prayer

For other’s weal avail’d on high,

Mine will not all be lost in air,

But waft thy name beyond the sky.

Twere vain to speak, to weep, to sigh:

Oh! more than tears of blood can tell,

When wrung from guilt’s expiring eye,

Are in that word—Farewell!—Farewell! Читать далее →

CORC BAYRON. GÜNLƏRİN TÜKƏNDİ, ŞANIN DOĞULUR

I.

Günlərin tükəndi, şanın doğulur;
Ölkəndə qoşurlar indi nəğmələr,

Ali şərəfinə seçmə Oğulun.

Qanlı qılıncını xalqın vəsf elər!

Deyilər işlərin, müzəffər yolun,

Yurduna azadlıq gətirən hünər!

II

Sən həlak olsan da, ölü deyilsən,
Azadıq sayəndə biz ki, nə qədər.

Qanını tökdünsə döyüşlərdə sən,

Torpağa hoparaq getmədi hədər.

Bizim damarlarda dolaşar o qan,

Bizim ruhumuza ruhun güc verər!

III

Adın aparacaq bizi irəli,
Dinəcək bir döyüş çağırışı tək.

Məbəddə gənclərin məsum səsləri,
Sənin həlakından nəğmə deyəcək.

Yassa aşağılar sənin tək əri,
Deyil qəhrəmana acımaq gərək.

ingiliscədən tərcümə

06-07. 12. 2021, Samara

===========================

George Gordon Byron

Thy Days Are Done

I

Thy days are done, thy fame begun;

⁠    Thy country’s strains record

The triumphs of her chosen Son,

⁠⁠    The slaughters of his sword!

The deeds he did, the fields he won,

⁠    ⁠The freedom he restored! Читать далее →

FYODOR TYÜTÇEV. “BİR BAX, İŞIQLANIR NECƏ QƏRB YENƏ…”

Bir bax, işıqlanır necə qərb yenə,
Axşam şəfəqinin şüalarından.

Şərq sönüküb gedir, sanki əyninə,
Geyir boz-göyümtül axçalı bir don!

—

Bəlkə düşməndirlər, yox araları?
Günəş eyni deyil onlara bəlkə —

Tərpənməz mühit tək salır aralı,

Qoymur ki, şərq ilə qərbi birləşə?

1838

ruscadan tərcümə

05.12.2021, Samara

================

Ф. И. Тютчев. «Смотри, как запад разгорелся…»

Смотри, как запад разгорелся
Вечерним заревом лучей,
Восток померкнувший оделся
Холодной, сизой чешуей! Читать далее →