ALEKSANDR PUŞKİN. GECƏ YUXUSUZLUQ VAXTI QOŞULMUŞ ŞEİRLƏR

Zülmətə bürünüb həndəvər, yatıb,
Mənin yuxum qaçıb, közərmir heç nə.

Yeknəsəq səsidir aramsız dinən,

Mənim yaxınımda təkcə saatın.

Parka qarı kimi nəsə qımıldar,

Yuxulu gecədə titrəmələr var,

Siçan vurnuxması tutub dünyanı…

Narahat edirsən niyə sən məni?

Canımdan bezdirən pıçıltı, nəsən?

Mənə məzəmmətsən, bəlkə qınaq sən,

İtirdiyim günə cəzasan yəni?

Məndən axı indi nə istəyirsən

Mənə çağırışsan, öndeyim ya sən?

Bircə istəyim var – səni anlamaq,
Məna axtarıram səndə mən ancaq…

1830

Qeyd: Parka – qədim Roma mifologiyasında tale ilahəsi

ruscadan tərcümə

04.12. 2021, Samara

——————————

АЛЕКСАНДР ПУШКИН

  1. СТИХИ,
    СОЧИНЕННЫЕ НОЧЬЮ
    ВО ВРЕМЯ БЕССОННИЦЫ

Читать далее →

ARSENİY TARKOVSKİ. PUŞKİN EPİQRAFLARI 1.

Что тревожишь ты меня,

           Что ты значишь…

Sanki başdağıdan sökmüşəm, indi,
Nə qədər çalışam, yığılmır daha.

Lütfən törəmənə kaş ki, deyəydin,

Yaşasın ömrünü necə dünyada.
—

Axirət naminə və yaxud çörək,

Şan-şöhrət və rütbə naminə elə.

Ya bəlkə arxamca mənim gələcək,

Nəslə yazılmalı sözlərə görə?

—

Unutqanlıq çayı  yaxında axır,

Bataqlıq buxarı həndəvərimdə.

Məni özgə nəslin tutur xumarı,
Həm narahat edir, cəlb edir həm də.

—

Nə qədər çağıram, eşitməyəcək,
Günorta olunca şamı yandırır.

Yazır elə bil ki, mənə cavab tək:

“Narahat etməkdə məqsədin nədir:”

—

Doğrudanmı mən də, haqq olan allah,
Onun arxasınca, mən də gedərəm

Həyatdan həyata, məqsəddənsə yan,

Varlıqda bir məna tapmayaraq həm?

—

Onun qaralama dəftərindəki,

Dəymərəm yarımca kəlməyə də mən.

Gələn nəsillərə yazıb o sanki,

Hər sözü əsrlər adlaya bilən.

ruscadan tərcümə

02.12. 2021, Samara

===============

Пушкинские эпиграфы

1

     Что тревожишь ты меня,

           Что ты значишь…

Стихи, сочиненные ночью

                  во время бессонницы

Разобрал головоломку —

Не могу ее сложить.

Подскажи хоть ты потомку,

Как на свете надо жить — Читать далее →

ARSENİY TARKOVSKİ. “SÖNÜR GÖZ İŞIĞIM…”

Məni göz işığım – gücüm tərk elər,

Gözə görünməyən almaz nizələr.

Səs məzarlığıdır qulaqlar indi,

Burnumdan yurdumun qoxusu getdi.

Zəifdir bədəndə hər bir əzələ,
Necə ki, öküzlər şumda üzülər.

Yanmır gecə gözü daha nə vaxtdan,

Mənim kürəyimdə iki qanad da.

—

Şamam, ziyafətdə yanıb tükənən,
Toplayın mumumu siz səhər erkən.

Mənim bu səhifəm sizə anladar,
Nədə yas yeri var, nədə qürur var.

Son üçdə birini şadlığın necə,
Paylayıb öləsən rahat, asanca.

Seçib təsadüfi bir ev ya koma,

Yanasan, ölümdən sonra, söz kimi.

1977

ruscadan tərcümə

01.12. 2021, Samara

————————

АРСЕНИЙ ТАРКОВСКИЙ

(1907-1989)

Меркнет зрение – сила моя,
Два незримых алмазных копья;
Глохнет слух, полный давнего грома
И дыхания отчего дома;
Жестких мышц ослабели узлы,
Как на пашне седые волы;
И не светятся больше ночами
Два крыла у меня за плечами. Читать далее →

ATTENBORO

Uilyam Şekspir hələ gənc ikən,

Əgər BBC-nin gözləri  ilə

Baxsaydı dibinə okeanların,
Alardımı yenə qələmi ələ?

—

Bəlkə görən kimi sarsılasıydı,

Mavi planeti bəşər dühasi.

Anlardı bu miqyas sığışasıdır,
Nə təxəyyülünə, nə “Qlobusa”.

—

Möhtəşəm süjetlər, intriqalar,
Bir an kəsilməyən mübarizələr.

Elə qəhrəmanlar su altında var,

Yoxdur yer üzündə birinə bənzər.

—

Ehtiraslar elə qızır ki, dərin
Suların buzu da soyuda bilmir.

Qanlı savaşların, təntənələrin,
Yanında nağıldır Makbet, Kral Lir…

—

Özünə gələrək bəlkə də dahi,
Təzim eləyərdi Tanrıya həqir.

Bəşər faciəsi, sevgi tarixi,

Oturub yazardı yenə Şekspir.

29.11. 2021, Samara

EDQAR ALLAN PO. ANAMA

Nədənsə duyuram hətta mələklər,
Göydə bir-biriylə qonuşan zaman,
Çətin tapar “ana” kəlməsi qədər,
Sevgi sözlərindən şərəfli olan.

—

Səni çağırmışam bu adla çox mən,
Mənə anadan da sən artıq idin.

Mənin Virciniyam ölüb gedəndən,
Yerin ürəyimin başıdır indi.

—

Anam – doğma anam – öldü çox erkən,

Dünyaya o məni gətirib; ancaq,

Ən çox sevdiyimin anasısan sən.

—

Anamdan əzizsən buna görə, bax:

Sevgim arvadıma tükənməz idi,

Ruhuma canımdan daha əzizdi.

ingiliscədən tərcümə

19-20. 2021, Samara

QEYD: Şeir şairin xalası Mariya Klemmə, erkən vəfat etmiş arvadı

Virciniyanın anasına həsr edilb.

==========================

Edgar Allan Poe

To My Mother 

Because I feel that, in the Heavens above,

  The angels, whispering to one another,

Can find, among their burning terms of love,

  None so devotional as that of «Mother,» Читать далее →

ALFRED DE MÜSSE. ANAMA

Sona bu şən məclis yetişən zaman,

Kim Qrequarı ulu sayırsa,
Dostlar, əlimizdə varsa stəkan
Ürək içki, nəğmə arzulayırsa,

Niyə üz tuturuq axı Baxusa?

Günümüz  beləcə gözəl keçərkən,

Dostlar, yaxşı olar xorla oxusaq,

Analar şəninə, ürəkdən və şən. (Bis)

—

Ən əziz nemətdir insana yəqin,

Uşağa ən gözəl müdafiə həm.

Lütfüdür, əlbəttə, bizə göylərin,

Yetişir Tanrının mərhəmətindən.

Nemətlər içində o ən füsunkar,

Anadır insana örnək, nümunə.

Minnətdar olmayan məgər kimsə var,

Ana qayğısına, nəvazişinə? (Bis)

—

Kimə bir xoşbəxtlik üz verə əgər,
Ona danışmağa tələsir hökmən.

Onun ağuşunda üzünü gizlər,

Göz yaşı axıdan, xəcalət çəkən.

Övlada ən kiçik bir uğur gələ,
Möhtəşəm zəfərdir anaya yəqin.

Dostlar, cavabını verək biz belə,
Ana  qayğısının, nəvazişinin. (Bis)

—

Çətin yollarını həyatımın mən,

Öngörən qayğının sayəsində, ah,
Keçmişəm həmişə qayğı bilmədən.

Sənə ürəyimi açıram ancaq.

Yalançı dünyanın qayalarından,

Sənsən qayığımı yan ötüşdürən.

Mənim yaşadığım bəxtəvər hər an,
Yaranıbdır ana nəvazişindən. (Bis)

fransızcadan tərcümə

18-19. 2021, Samara.

Qeyd: 1. Müəllif bu şeiri 14 yaşında yazıb. 2. “Qrequar”ın  de Müssenin

oxuduğu kollecdə intendant olduğu güman edilr.

Yəqin şagirdlərlə şənlənməyi sevirmiş.

===================

 Alfred de Musset

 À ma mère

Après un si joyeux festin,
Zélés sectateurs de Grégoire,
Mes amis, si, le verre en main
Nous voulons chanter, rire et boire,
Pourquoi s’adresser à Bacchus ?
Dans une journée aussi belle
Mes amis, chantons en  » chorus  »
A la tendresse maternelle. (Bis.)
Читать далее →

STEFAN MALLARME. KASIBIN NİFRƏTİ

Gecə cır-cındırında gör nə qədər deşik var,

Dərin də, saçların da qızarıb; xoşum gəlir
Qoca müqəvva, səndən, bu da iyirmu su, al.

—

Müti, yastı üzündə yox qürurun əsəri,

Qardaşdır itə kasıb, bilirsən ki, özün sən.

Şeirlə bəzəyərsən çətin bu eyibləri.

—

Qalxırsan, xristian, çaqqal tək daş dibindən,

Sürünürsən dalınca  səni ələ salanın.
Sənin bu göz yaşına, qoca, neçə verim mən?

—

Aç əfəl bədənini, oynasın əzaların!

İyirmi sunu məndən dilə, çıx min oyundan,

Diz üstə çök!… Palçığa girincə ağ saqqalın!

—

Nəyinə gərək axı bu medal, axmaq insan

Gümüş parıldar, zaman keçincə mis göyərər,
Mömin deyiləm, ancaq çox inadkaram, inan,

—

Seçim elə! Qap, indi sənə dedyim gələr,

Sıx ovcunda, düşün ki, ona görə alırsan,
Məndə çoxdur o puldan, ya nnifrətindən elə.

—

Götür, qorxmasan əgər, buna qılınc alarsan.

Fransızcadan tərcümə

17-18.11. 2021, Samara

============================

Stéphane Mallarmé

(1842 — 1898)

Haine du pauvre

Ta guenille nocturne étalant par ses trous
Les rousseurs de tes poils et de ta peau, je l’aime
Vieux spectre, et c’est pourquoi je te jette vingt sous.
Читать далее →

ALFRED DE MÜSSE. SON MİSRALAR

On səkkiz aydır ki, əcəl zəngləri,
Dəlir hər tərəfdən qulaqarımı,

On səkkiz aydır ki, yoxdur aramım,
Hər yerdə o mənim dalımca gəlir.

—

Nə qədər çarpışam həqirliyimlə,
Daha çox duyuram necə miskinəm;

Haçan addım atmaq istəyirəm mən,
Görürəm ürəyim dayana bilər.

—

Daha yoxdur halım mübarizəyə,

Sonacan döyüş tək hər an keçəcək;

Qaçışdan üzülüb sarsılan at tək,

Ruhum üzülərək məni də əyər.

1857

fransızcadan tərcümə

14-15.11. 2021, Samara

===============

Alfred de MUSSET
1810 — 1857

Derniers vers

L’heure de ma mort, depuis dix-huit mois,
De tous les côtés sonne à mes oreilles,
Depuis dix-huit mois d’ennuis et de veilles,
Partout je la sens, partout je la vois.
Читать далее →

ALFRED DE MÜSSE. KƏDƏR

Düşmüşəm qüvvədən, həyatım bitib,
Gedib dostlarım da, gülmürəm bir an;

Məndə öz dühama inam yaradan,

Qürurum nə vaxtdan tükənib, itib.

—

Əvvəl Həqiqətlə üzləşən zaman
Deyirdim ən yaxın dostum olacaq,

Dərindən anlayb duyandan ancaq,
Tamam çiyrinibdir ürəyim ondan.

—
Hərçənd əbədidir Həqiqət olan,
Ondan uzaqlaşan, onsuz dolanan,
Cəhalət içində yaşayar hökmən.

—
Cavab verməliyik, Tanrımız dedi.
Mənə bu dünyada nə qalır indi? —

Düşünmək, göz yaşı axıtmaq hərdən

fransızcadan tərcümə

13-14.11. 2021, Samara

========================

Alfred de MUSSET
Tristesse

J’ai perdu ma force et ma vie,
Et mes amis et ma gaieté;
J’ai perdu jusqu’à la fierté
Qui faisait croire à mon génie.
Читать далее →

ALFRED DE MÜSSE. OXUCUYA SONET

İndiyəcən, oxucum, ənənə tələbiylə,
Birinci səhifədə səni salamlayırdim.

Bu dəfəki kitabın sonu şən deyil elə,
Doğrusu, bizim əsr xoşagəlməz bir andır.

—

Gedir nəyi vardısa artıq qabaqkı əsrin,

Krallar və tanrılar, zəfər qazandıran bəxt.

Rozafindlə Süzona hədsiz müdrikəm yəqin,
Qoca Lamartin mənə uşaq tək baxır hərçənd.

—

Əfsus, siyasət! Budur əsl  dərd və həqarət.

Düşmənlərimdir mənə onu görən məsləhət.
Gah ağsan, gah qırmızı: bu mənlik deyil, canım!

—
Məni kim oxuyursa, oxuyaydı təzədən.
Rübabımda iki ad dolaşsa təsadüfən
Ninet olacaq hökmən, ya da ki, Ninon xanım.

fransızcadan tərcümə

12.11. 2021, Samara

==============

Alfred de MUSSET
1810 — 1857

Sonnet au lecteur

Jusqu’à présent, lecteur, suivant l’antique usage,
Je te disais bonjour à la première page.
Mon livre, cette fois, se ferme moins gaiement ;
En vérité, ce siècle est un mauvais moment.

—

Tout s’en va, les plaisirs et les moeurs d’un autre âge,
Les rois, les dieux vaincus, le hasard triomphant,
Rosafinde et Suzon qui me trouvent trop sage,
Lamartine vieilli qui me traite en enfant.

—

La politique, hélas ! voilà notre misère.
Mes meilleurs ennemis me conseillent d’en faire.
Être rouge ce soir, blanc demain, ma foi, non.
—
Je veux, quand on m’a lu, qu’on puisse me relire.
Si deux noms, par hasard, s’embrouillent sur ma lyre,
Ce ne sera jamais que Ninette ou Ninon.