How careful was I, when I took my way…
Hər yola çıxanda hər şeyi necə,
Etibarlı yerdə kilidləyərdim.
Dəyməsin özgə əl, əlim dəyincə,
Nəyim var, qayidıb tapım yerində.
Ancaq inci də heç sənin yanında,
Mənə təsəlliydin, indisə dərdsən.
Məni tək sən idin qayğılandıran,
Hər oğru aparar səni, istəsə.
Qəlbimdə gizlərəm səni mən ancaq.
Duyuram ordasan, olmasan da sən,
Yerin ürəyimdə, ürəyim açıq,
Sən həmişə gəlib-gedə bilərsən.
Burdan da qorxuram oğurlanasan,
Bu inci önündə azar düz insan.
İngiliscədən tərcümə
06.02.2018
Samara