Архив | 08.02.2018

UİLYAM ŞEKSPİR. 50-Cİ SONET

shakespear

             How heavy do I journey on the way…

Mənim səyahətim ağırdır yaman,
Bilirəm bu yolun sonunda axı,

Hökmən eşidərəm dincələn zaman,
Dostumdan neçə mil məni ayırır.

 

Dərdim heyvanı da deyəsən üzüb,

Çəkir içimdəki yükü güc-bəla.

Sanki instikintlə anlayır yazıq,

Tez gedərsə, bizi lap uzaq salar.

 

 

Hərdən dərisinə mahmızı hirslə,

Sancıram, yenə də tələsmir heyvan.

Məni çox ağrıdır iniltisiylə,

Özü mahmızımdan ağrıdığından.

 

                 Xatırladır mənə bu iniltilər:

                Sevinc dalda qaldı, öndəsə — kədər.

 

İngiliscədən tərcümə

08.02.2018

Samara

QEYDLƏR

  1. Şairin içindəki dərd heyvan (at? – (beast) üçün ağır yükdür. Bu, bizim bayatını xatırladır:

At çəkməz, dəvə çəkməz,

Bəlkə fil çəkə dərdi…

  1. 7-ci misrada Şekspir “instinkt” (by some instinct”) sözünü işlədir. Şekspir üçün poetik olmayan söz yoxdur, sonetlərin birində “vauçer” sözü də var. Ancaq rus tərcüməçilərinin çoxu “instinkt” sözündən qaçır. Marşakda “kak budto znayet”; Finkeldə “Kak budto soznayot yeqo duşa”, M. Çaykovskidə “Kak budto ponyav”…

Ancaq Şekspirdə söz yerindədir: heyvan instiktlə başa düşə bilər, başqa cür yox…