
Against that time (if ever that time come)…
O vaxt ki (gələrsə o vaxt haçansa),
Görsəm qüsurlarım səni daraldır;
Sənin sevgin yekun hesabı açsa,
İşi bilənlərdən məsləhət alıb;
O vaxt ki, keçərsən, elə bil yadam,
Məni salamlarsan gözün gülmədən;
O vaxt ki, sevgi də dəyişər tamam,
Tapar bu rəftara min bəhanə də;
O vaxta qarşı mən indi durmuşam,
Yaxşı da bilirəm nədir dəyərim;
Qalxan öz əlimdir özümə qarşı,
Qanun tərəfində, sənin xeyrinə;
Haqqın var atmağa, axı mən nəyəm? —
Mənə sevginəsə əsas görmürəm.
Ingiliscədən tərcümə
07.02.2018
Samara