
Those parts of thee that the world’s eye doth view…
Baxanın gözündə sən eləsən ki,
İstəməz dəyşsin səndə nəyisə.
Dil deyən təriflər ürəkdən gəlir,
İnan, düşmənin də belə deyirsə.
Üzdə görünənin tərifi üzdən;
Sənə dəyər verən adamlar ancaq,
Dərinə baxarsa gözü görəndən,
Əvvəlki alqışlar qarğış olacaq.
Kim baxır qəlbinin gözəliyinə,
Ölçür onu sənin əməllərinlə.
Qəşəng bir çiçəkdən, deyir, elə bil,
Alaq otlarının qoxusu gələr.
Ətrin görkəmindən belə fərqlisə,
Açıqdır, deməli, ləkin hr kəsə.
İngiliscədən tərcümə
25.02.2018
Samara
