O thou, my lovely boy, who in thy pow’r…
Sənin hökmündədir, sevimli oğlan,
Dəyişkən aynalı, oraqlı zaman.
Səni ötən illər çiçəkləndirir,
Sənin sevgilinsə saralıb gedir.
Fənalıq tanrısı təbiət əgər,
Səni, yaş gedirkən, çəkib geriyə,
Saxlayırsa, deyir gücü zamanı,
Rüsvay edə bilər, öldürər anı.
Qorx bu təbiətdən, inci bilsə də,
Səni, saxlamaz o ancaq əbədi.
Ondan da hesabat istəniləndə,
Zamana borcunu ödər səninlə.
İngiliscədən tərcümə
21-22.04.2018
Samara
QEYD: Bu şeir yalnız şərti olaraq sonet sayılır; üç katrendən və yekun beytindən ibarət olanş Şekspir sonetlərindən fərqli olaraq, 126-cı sonet 6 ikilikdən ibarətdir.