Архив | Март 2020

BAYRAMLAR AYINDA DOĞULAN BACIM…

26 SENT 2019. 2

     Ağənnənin xatirəsinə

 

Bayramlar ayında doğulan bacım,
Heç sənin toyun da bayram olmadı.

Tərk edib gedirdin zülm ocağını,
Eləydi getdiyin yerin də adı.

 

 

Xoş sözü ömründə  kimdən eşitdin? –

Atandan, anandan ya qardaşından?

Yıxıldın, hayına kimin yetişdi?

Ağladın, qoşulub kim yaş axıtdı?

 

 
Zəhmətin ağırdı, günün qaraydı,

Bayramlar ayında doğulan insan.

Demə, əziz bacı, təkcə bu ayda –

Həmişə qəlbimdə, yaddaşımdasan…

 

07. 03. 2020, Samara

Aleksandr PUŞKİN. ŞAİRƏ (ikinci tərcümə)

ПУШКИН

Şair, əsiri olma kütlə məhəbbətinin,
Bu ani təriflərin hayı-küyü tez gedir.

Küt qınar, eşidərsən gülüşünu kütlənin

Sənsə halını pozma, sakit ol, həm də ciddi.

 

 

Sən sultansan: tək yaşa. Azadlıq yollarıyla,
Get, azad zəkan səni, hara gör aparacaq.

Vacib düşüncələrin meyvəsini cilala,

Nəcib şücaətinə əvəz istəmə ancaq.

 

 

Mükafat özündədir. Ali məhkəmən də sən,
Öz işinə hamıdan ciddi dəyər verənsən.

İşindən razısanmı, ey tələbkar sənətkar?

 
Razısan? Kütlə söysün, eləsə, onu kütlə,
Odun yanan mehraba tüpürsün də qoy hələ,

Qurbanlığı yıxmağa necə uşaq necə çalışar.

 

Ruscadan tərcümə

05.03. 2020, Samara

Поэту

 

Поэт! не дорожи любовию народной.
Восторженных похвал пройдет минутный шум;
Услышишь суд глупца и смех толпы холодной,
Но ты останься тверд, спокоен и угрюм.

Читать далее

KƏNDLƏRDƏ, GÖZDƏN VƏ KÖNÜLDƏN UZAQ…

U LENİ. KİNO

Kəndlərdə, gözdən və könüldən uzaq,

Kişilər dünyadan köçüb gedirlər.
Sakit, təvazölü ölür ata, ər,
Bir işə, qulluğa yollanan sayaq.

=

Fransız, deyəsən, bunu demişdi:

Kasıba təsəlli, ümiddir ölüm.

Elə ki tükənir sevinci ömrün,
Təsəlli sonuncu mənzil eşqidir.

+

Mal-qara dalında, qoyun dalında,
Səhəri açılır, günü qaralır.

Vaxtının qalanı torpağa qalır,
Bellə də əlləşir, əli yalın da.

+

Yadırğayar arvad nəvazişinə,
İstəyi içində soyuyar tamam.
Yanaşı yaşarlar, birgə yox amma,

Taleyə baş əyər, gedər işinə.

+

Əyni nimdaş olar əziz gündə də,
Şalvarı ütüsüz, köynəyi əzik.

Üzünü qırxmağa gəlməz həvəsi,

Yaxının, qonşunun toy günündə də.

+

Bilər ki, dünyanın kefi az deyil,
Bilər ki, ayrı cür həyatlar da var.

Ancaq qismətiylə barışıb yaşar,

Hərdən ağlasa da xəlvəti, gizli.

+

Ölür, ölümünə səbəb bəllidir,
Feldşerin yazdığı arayş da var.

Vaxtında dərdini soruşmadılar,

Ürək boşaldardı bəlkə, kim bilir…

03. 03. 2020, Samara

Aleksandr PUŞKİN. «ZAMAN YETİŞDİ, DOSTUM…»

Zaman yetişdi, dostum, ürək əminlik istər — 
Günlər uçur dalbadal, ömrümüzdən bir hissə,
Gedir keçən saatla, hər ikimiz yaşamaq
Gümanındakən, ölüm bizi qəfil qarşılar.

Yox həyatda səadət, var iradə, əminlik,

Nə vaxtdır ki, qəlbimi ülvi bir istək çəkir.

Yorulmuş köləyəm mən,  istərəm qaçıb gedəm,
Zəhmətlər və saf həzzlər yurdunu məskən edəm.

1834

Ruscadan tərcümə

02.03. 2020

 

Пора, мой друг, пора! [покоя] сердце просит — Читать далее

VARLIQ

U LENİ. KİNO

Əvvəl yeri, göyü yaratdı Tanrı,
Dedi “İşıq olsun!” – işıq yarandı.

Dedi “Torpaq olsun, yarıb suları!”

Beləcə ayrıldı sular sulardan.

 

İnsanı surətdə özünə yaxın
Yaradıb, nə qədər uçan,  üzən var,
Meşədə gəzən var —  ixtiyarını,
Ona verib dedi: ye, iç, ləzzət al.

 

 

Qadını yaratdı qabırğasından,
Dedi ki, sevişin, çoxalın, artın.

Ad verdi  hər quşa, heyvana İnsan,

İlahi bir ruhu vardı hər adın…

 

 

Bir damla şübhəm yox bunlara, Tanrı,

Yeri də, göyü də sən yaratmısan.

Qovan işığındır qaranlıqları,

Sənin qüdrətinlə yaranıb İnsan.

 

 

Həsr edib sən özün verən illəri,

Bacarıb qoşuğum, yazdığım nə var,

Özümə səadət, şərəf bilərdim,
İlahi, bağlana ali adınla.

 

 

Heyf ki, sözümün yox ləyaqəti,
Bəlkə yazdığımın ruhu yox ya da.

Çəkdiyim zəhmətdən nə pay gətirdim,
Qabil nəziri tək sayan olmadı…

 

01.03. 2020, Samara