SERGEY YESENİN.  “ELƏ BİL DÜNYAYA GƏLDİYİ GÜNDƏN…”

Elə bil dünyaya gəldiyi gündən,

Canlıya özəl bir nişan vurulur.

Şair olmasaydım əgər, onda mən,

Yəqin ki, olardım kələkbaz, oğru.

—

Boyum balacaydı, həm də arıqdım,

Oğlanlar içində amma qəhrəman.

Evə vaxtaşırı mən qayıdırdım,

Burnu sındırılmış, üzü-gözü qan.

—

Və qorxu içində anam baxarkən,
Deyirdim ağzımdan qanı silərək:

“Qorxma, daş üstünə yıxılmışam mən,
Sabahkı günəcən sağalsın gərək”.

—

O vaxt qaynayan qan soyuyub indi,

Yatıb o günlərin fırtınaları,

Ötkəm və narahat nə güc var idi,
Canımdan süzülüb şerimə axır.

—

Önümdə sözlərin qızıl qalağı,

Bütün sətirlərə iz salır hökmən,

Keçmiş cəsarəti və qoçaqlığı,
Davakar uşağın, sütül ötkəmin.

—

Cəsuram, məğruram o vaxtkı qədər,

Atdığım hər addım yeniliyədir.

Üzümə dəyirdi o vaxt zərbələr,

Qana bələnibdir ürəyim indi.

—

Və indi anama demirəm daha,

Deyirəm irişən yad lotulara:

“Boş şeydir! Toqquşub dəymişəm daşa,

Yəqin sabahacan sağalar yara”.

1922

ruscadan tərcümə

07.02. 2022, Samara

++++++++

СЕРГЕЙ ЕСЕНИН

Всё живое особой метой

Отмечается с ранних пор.

Если не был бы я поэтом,

То, наверно, был мошенник и вор.

—

Худощавый и низкорослый,

Средь мальчишек всегда герой,

Часто, часто с разбитым носом

Приходил я к себе домой.

—

И навстречу испуганной маме

Я цедил сквозь кровавый рот:

«Ничего! Я споткнулся о камень,

Это к завтраму все заживёт».

—

И теперь вот, когда простыла

Этих дней кипятковая вязь,

Беспокойная, дерзкая сила

На поэмы мои пролилась.

—

Золотая, словесная груда,

И над каждой строкой без конца

Отражается прежняя удаль

Забияки и сорванца.

—

Как тогда, я отважный и гордый,

Только новью мой брызжет шаг…

Если раньше мне били в морду,

То теперь вся в крови душа.

—

И уже говорю я не маме,

А в чужой и хохочущий сброд:

«Ничего! Я споткнулся о камень,

Это к завтраму все заживёт!»

1922